kanal1

Kənd Təsərrüfatı Nazirliyi torpaqları qanunsuz icarəyə verib? - AKTUAL

Tarix:27-04-2022, 17:59
Baxış Sayı:93

Kənd Təsərrüfatı Nazirliyi torpaqları qanunsuz icarəyə verib? - AKTUAL


Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Abu Dhabi Future Energy Company” (“Masdar”) şirkəti tərəfindən
Azərbaycanda inşa ediləcək 230 MVt gücündə günəş elektrik stansiyasının təməlqoyma mərasimi baş tutub.

ictimailider.az yeniavaz.com-a istinadən xəbər verir ki, “Masdar” şirkətinin Qaradağ rayonu ərazisində inşa edəcəyi günəş elektrik stansiyası 550 hektar ərazini əhatə edəcək.

“Masdar” şirkəti ərazidə tikinti işlərinə başlamazdan əvvəl araşdırma aparıb və məlum olub ki, həmin ərazi Energetika Nazirliyinin balansında olsa da, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC tərəfindən heç bir hüquqi əsas olmadığı halda fermerlərə icarəyə verilib.

Araşdırmada qeyd olunur ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC Mehdiyev Həsənxan adlı fermer ilə 1297,94 hektar torpa sahəsi üçün 12 yanvar 2021-ci il tarixində 1 illik müqavilə bağlayıb. İllik icarə haqqı 3 000 manat olub.
Bundan baqşa həmin ərazidə olan başqa bir torpaq sahəsini Abşeron Rayon İcra Hakimiyyəti heç bir hüquqi əsas olmadan fermerlərə icarəyə verib.
Məlumat üçün onu da bildirək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin hazırda dövlət büdcəsinə də böyük həcmdə - 188 min 303 manat 68 qəpik vergi borcu var.

Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Kaliforniya qubernatoru meşə yanğınlarına görə 40 milyard dollar yardım istəyib
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
 İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
Bəhruz Əsgərov vəzifəsindən azad edildi
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
"VEST-LTD" QSC-nin 12 milyon AZN-lik vergi borcu üzə çıxdı -Eldar Əzizovun sadiq kadrı ilə də 37 milyonluq müqavilə bağlayacaq
Yasamal necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR
Yasamal  necə qanunsuz tikinti poliqonuna çevrilib? Tikintiyə kim İCAZƏ VERİB? –FOTOLAR