kanal1

"Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam..." - Şəhid atası GİLEY EDİR...

Tarix:23-04-2022, 17:38
Baxış Sayı:42

"Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam..." - Şəhid atası GİLEY EDİR...


Vətən Müharibəsində şəhid olan Muxtar Qasımlının atası Əli Qasımlı oğlunun adına İctimai Birlik yaratmaq istəsə də, uzun müddətdir, buna nail ola bilmir.

ictimailider.az-ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən şəhid atası 3 aydan çoxdur ki, sənədlərini Ədliyyə Nazirliyinə təqdim etdiyini, lakin işinə baxılmadığını deyir: “Ötən ilin dekabrında lazım olan sənədləri toplayıb Ədliyyə Nazirliyinə müraciət etdim. Məni nazirliyin nəzdindəki Qeydiyyat və Notariat Baş İdarəsinə yönləndirdilər ki, bu müraciətlərə orada baxılır. Lakin həmin idarə də məni get-gələ salıb. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ortada nəticə yoxdur”.

Ə.Qasımlının sözlərinə görə, yaratmaq istədiyi təşkilatın adı “Muxtar gənc qazilər və şəhid ailələri” İctimai Birliyidir: “Əslində birlik 3 aydır yaranıb, təsisçi də özüməm. Sadəcə olaraq, rəsmi qeydiyyata alınmasını xahiş edirəm. Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam. Yenə də cavab ala bilməmişəm. İdarəyə dedim ki, heç olmasa mənə bir rəsmi sənəd verin və əsaslandırın ki, bu birliyi qeydiyyatdan keçirmirik. Suraxanı rayonunun deputatı Etibar Əliyev öz adından ədliyyə naziri Fikrət Məmmədova kömək göstərməsi üçün məktub yazdı. Hələ ki, cavab yoxdur, gözləyirik”.

"Sonuncu dəfə 10 gün əvvəl həmin idarədə olmuşam..."

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Qafqazinfo”ya verilən cavab belə oldu: “Ərizə baxılması üçün daxil olub, cavab müraciət edənin ünvanına göndərilib”.

Dəqiqləşdirmə aparmaq məqsədilə yenidən şəhid atası ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı ünvanına hər hansı cavab göndərilmədiyini bildirdi.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Muxtar Qasımlı idmançı kimi tanınıb və fitnes üzrə Azərbaycan çempionluğunu qazanıb. 2020-ci il oktyabrın 2-də Füzulidə əsgər yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub. "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..