kanal1

Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...

Tarix:21-02-2025, 15:48
Baxış Sayı:0


Naxçıvanda internetin qiyməti Bakıya nisbətən iki dəfə baha olsa da, sürəti olduqca aşağıdır. Son vaxtlar isə keyfiyyət daha da pisləşib. Sakinlər normal internetdən istifadə edə bilmədiklərindən şikayətlənirlər.
Onlar “Gündəlik Naxçıvan”a bildirir ki, muxtar respublikada alternativ provayderlər olmadığı üçün əksəriyyət ADSL internetdən istifadə etməyə məcburdur. Burada isə vəziyyət ürəkaçan deyil.
"Müqavilədə yazılır ki, 20 manatlıq tariflə 4 Mbit/s internet alacaqsan. Reallıqda isə ən yaxşı halda 2 Mbit/s olur. Bu da heç nəyə yaramır", – Sabir Şükürov belə deyir.
O bildirir ki, internetin zəifliyi gündəlik həyatda ciddi problemlər yaradır:
"İnternetin ümumiyyətlə zayı çıxıb. Ancaq WhatsApp-da yazışmağa gücü çatır. Danışarkən səs kəsilir, TV-yə baxırsan – ekran donur. Hər ay 20 manat ödəyirəm, amma müqavilədə nəzərdə tutulan sürəti ala bilmirəm. Test edirəm, çox vaxt 2 Mbit olur. Bununla nə etmək olar? Heç nə! İnsanları həm soyurlar, həm də zəif internet verirlər ki, sosial şəbəkələrdə aktiv olmasınlar, çəkiliş edib paylaşmasınlar. 300-500 MB-lıq videonu yükləmək saatlarla vaxt aparır. YouTube-dan istifadə etmək artıq mümkün deyil."
Sakinlər əlavə edirlər ki, son iki ildə fəaliyyət göstərən "ArazNet" TV sürət baxımından nisbətən yaxşdır. Lakin, burada da müştərilər aldadılır.
Naxçıvan şəhər sakini Vüqar Nəcəfov üzləşdiyi problemi belə izah edir:
" Bir qədər yaxşıdır, amma yenə də baha və real sürət aşağıdır. 25 manata 20 Mbit yazırlar, amma test edəndə ən yaxşı halda 10 Mbit/s olur."

"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi