kanal1

Xocalı sakini övladları ilə niyə görüşə bilmir? - ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ YANAŞMASI

Tarix:22-04-2022, 17:20
Baxış Sayı:26

Xocalı sakini övladları ilə niyə görüşə bilmir? - ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ YANAŞMASI


ictimailider.az xəbər verir ki, Xocalı rayon sakini, Bərdə rayonu 588 saylı qəsəbə bina 2 mənzil 19-da məskunlaşıb yaşayan, Türbəndəyev Nazim Yaqub oğlu "Hurriyyet.az"a müraciət edərək, üç ilə yaxındır ki övladları ilə görüşə icazə verilməyini deyir. Şikayətçinin sözlərinə görə, Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun məhkəməyə etdiyi təzyiqlə övladları ilə görüşə bilmir. Nazim Türbəndəyev deyir ki, sözügedən məmur onun siyasi fəaliyyətinə görə ailəsinə təzyiq edərək nifaq salıb. Nəticədə həyat yoldaşı Afət Türbəndəyevadan rəsmi ayrılan Nazim Türbəndəyev övladlarına üç ilə yaxındır ki, həsrət qalıb. Şikayətçi bildirir ki, keçmiş həyat yoldaşı Afət Türbəndəyeva şizofreniya xəstəsidir. Lakin uşaqların onda qalması üçün Xocalı rayon İcra Hakimiyyətinin Cəmilli kənd üzrə nümayəndəsi Ramiz Qəhrəmanovun düzəltdiyi saxta sənədlə onun xəstə olması ört-basdır edilib. Məhkəmə qərarı ilə övladları ilə görüşməli olan Nazim Türbəndəyevə imkan verilmir. Halubuki Bərdə rayon İcra və probasiya şöbəsi məhkəmə qərarını icra etməlidir.

Xocalı rayon sakinin "Hurriyyet.az"da yayımlanmış şikayətin daha ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/siyasi-fealiyyetine-gore-ovladlari-elinden-alindi---xocali-icra-numayendesinin-usaqlari-girov-saxladigi-iddia-edilir-364416)

Məsələ ilə bağlı Ədliyyə nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hurriyyet.az"a bildirilib ki, övladları atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır:

"Bildirilir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən vətəndaş Türbəndəyev Nazim Yaqub oğlunun övladları ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması ilə bağlı icra sənədinin icrası nəzarətdə saxlanılaraq, qanunamüvafiq tədbirlər görülür.

Lakin övladlarının atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır. Bununla əlaqədar N.Türbəndəyevlə dəfələrlə profilaktik söhbətlər aparılaraq ona qanunvericiliyin tələbləri izah edilmiş və o, iş üzrə heç bir şikayətinin olmadığını bildirmişdir.

İcra prosesində Nazim Türbəndiyevə övladı ilə görüşlər, o cümlədən sonuncu dəfə 08.04.2022-ci il tarixdə təşkil edilsə də, o, bundan imtina etmişdir".

PS. Təəssüf ki, Ədliyyə nazirliyinin açıqlamasında qərəzlilik müşahidə edilir. Əgər, redaksiyamıza şikayət edən Nazim Türbəndiyev övladları ilə görüşmək istəmirsə, niyə aidiyyatı orqanlara, eləcə də mediaya müraciətlər ünvanlayır. Məhkəmənin qərarını icra etməmək, birbaşa Azərbaycan Respublikasının qanunlarına tüpürmək deməkdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Təəssüf ki, məhkəmə qərarını icra etməli olan müvafiq şöbə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nəyinsə müqabilində atanın övladları ilə görüşməsinə maneçilik yaradır. Hətta məhkəmə qərarının olmasında baxmayaraq...

Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..