kanal1

Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI - ŞİKAYƏT

Tarix:21-04-2022, 12:42
Baxış Sayı:24

Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI - ŞİKAYƏT


Paytaxtın Yeni Yasamal 2, bina 7 ünvanında yaşıllıq məhv edilib.

Ağacların kəsilməsi Yasamal rayon icra başçısı Elşad Həsənovun “xeyir-duası” ilə reallaşıb. Sakinlərdən biri Fəxriyyə Abdullayeva yazıb ki, 1-ci mərtəbədə yaşayan sakinlər hərəsi öz pəncərəsinin qarşısında ağaclar əkib suvarırdılar, təmizləyirdilər, yuxarı mərtəbələrdə yaşayanlar zibil ata bilmirdilər.

Amma “Azərsu”nun xahişi ilə Yasamal icra hakimiyyəti buldozeri göndərib ağacları yerindən çıxartdı, bütün yaşıllığı məhv etdi.

”Deyirlər, yolu genişləndiririk. Hansı yolu, axı bu yoldan heç kim istifadə etmir. Bu məmurlar niyə bu qədər yaşıllıq düşmənidir, anlamaq olmur”.

Binanın digər sakini Müşviq Abdulla isə qeyd edib ki, “Azərsu” ASC ötən ilin sentyabr ayında tender keçirdi, dedilər 6-cı və 7-ci binaya daimi su verəcəklər: “Gəldilər hər evdən 20-25 manat aldılar, boruları dəyişdilər, sayğacı bayıra çıxartdılar. Amma daimi su verilmədi. Yenə də su saatla verilir. Tenderdə qalib şirkətə ayrılan pullar necə oldu bilinmədi. İndi “Azərsu” bu mənzilləri daimi su ilə təmin etmək əvəzinə, problemi binanın arxasında əkilmiş yaşıllıqda və sakinlərin saxladığı toyuqlarda axtarır”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.Tia.az
Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI - ŞİKAYƏT
Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI - ŞİKAYƏT
Yasamalın icra başçısı ilə “Azərsu” CİNAYƏTƏ ƏL ATDI - ŞİKAYƏT

Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Xocalıda mina partladı - Müharibə iştirakçısı yaralandı
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
“Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb”
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Avropa Sülh Fondundan Ermənistana yeni tranş
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Naxçıvanda İNTERNET PROBLEMİ... - Bakıdan 2 dəfə BAHA OLSA DA...
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Seçki günü insident: Gözətçi çılpaq görüntülərə görə direktoru BIÇAQLADI
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? - GƏLİŞMƏ
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..
Dövlət qurumları eyni xidmət üçün eyni şirkətə fərqli ödənişlər edir - BU NƏDİ BELƏ?..