kanal1

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR

Tarix:15-05-2019, 10:28
Baxış Sayı:48

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR

65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki, idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub.
Beş.az -ın bölgə müxbirinin xəbərinə görə, "Niva” mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan "ZAZ” markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.
Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.

Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.
Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTOLAR

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva

"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi

Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR

Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı

Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO

“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?

“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı