kanal1

Deputat Elnur Allahverdiyevə Rusiyaya dəstək ittihamı - Bu FOTO müzakirələrə səbəb oldu

Tarix:24-03-2022, 16:11
Baxış Sayı:40

Deputat Elnur Allahverdiyevə Rusiyaya dəstək ittihamı - Bu FOTO müzakirələrə səbəb oldu


“Kontakt Home” mağazalar şəbəkəsiylə bağlı yayılan foto cəmiyyətdə ciddi müzakirə olunur.

Mağazaların əsas vitrinində “Samsung Galaxy Z” modelinin reklamı kimi böyük “Z” işarəsi vurulub.

Sosial şəbəkələrdə bu işarənin vurulmasının təsadüf olmadığı ilə bağlı müzakirələr gedir. Hətta siyasilərin, diplomatların olduğu qruplarda bu barədə fikir mübadiləsi aparılır.

Məlum olduğu kimi, Rusiyanın Ukrayna üzərinə hücuma keçən tank və digər zirehli maşınların üzərinə latınca “Z” hərfi yazılıb. Ukrayna sosial şəbəkələrində iddia edilirdi ki, üzərində “Z” hərfi olan texnikalar birbaşa Zelenskini hədəfə alıblar.

Rusiya hərbi saytlarına açıqlama verən ekspert, ehtiyatda olan polkovnik Viktor Baraneç isə bildirib ki, “Z” hərfinin mənası “Zapad”, yəni Qərb deməkdir. Bu hərbi birləşmələr Belarusda hərbi təlim keçirilərkən şərti olaraq “Qərb cəbhəsi” adlandırılıb.

İndi “Z” işarəsi Rusiyanı bu müharibədə az qala simvolizə edir. Hətta Rusiyada müharibə əleyhinə çıxan insanların yaşadığı evlərin qapıları üzərinə bu işarə vurularaq, onların xain olduğunun yazıldığı barədə məlumatlar da var.

Belə bir məqamda “Kontakt Home” mağazalarında “Z”nin peyda olması diqqətdən qaça bilməzdi. İnsanlar inanmaq istəmirlər ki, bu “Z” təkcə “Samsung” telefonlarının “Z” modelinin reklamıdır. Çünki bu heç də son model deyil. Mağazalar adətən son modelləri reklam edirlər.

Düzdür, bəziləri hesab edir ki, bu, sadəcə “Kontakt Home”un PR siyasətidir.

Amma “Z”nin Rusiyaya dəstək mesajı olduğuna inananlar daha çoxdur. Onlar hesab edir ki, mağaza sahibi rusiyameyilli şəxsdir.

Yayılan ittihamlarla bağlı isə “Kontakt Home”dan heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bu mağazalar şəbəkəsinin sahibinin millət vəkili Elnur Allahverdiyev olduğu bildirilir.Bakupost.az
Deputat Elnur Allahverdiyevə Rusiyaya dəstək ittihamı - Bu FOTO müzakirələrə səbəb oldu

Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR