kanal1

Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?

Tarix:13-02-2025, 14:51
Baxış Sayı:0


İcra nümayəndəsinin himayə etdiyi deyilən karxana dövlət büdcəsindən pul yayındırır

İcra hakimiyyəti və icra nümayəndəsinin karxananı himayə edir?

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən daş karxanalarının dayandırılması istiqamətində mübarizə aparır. Ölkədə hazırda torpaq qanunvericiliyinin tələblərini pozan, eyni zamanda qanunsuz işçi çalışdıran, vergidən yayınan xeyli sayda daş karxanaları var.

AzFakt.com saytının əldə etdiyi məlumata görə belə qanunsuz daş karxanalarının biri də Türkan qəsəbəsinin ərazisində fəaliyyət göstərir.

Məlumata görə Türkan-Zirə yolundakı karxananın fəaliyyət göstərməsi üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən icazəsi yoxdur.

Bundan başqa Əmək Məcəlləsinin bir sıra maddələrinə zidd olaraq karxanada çalışan işçilərin əksəriyyətinin əmək müqaviləsinin olmadığı bildirilir.

Karxanada təhlükəsizlik qaydalarına da əməl edilmədiyi də məlumatlar arasında yer alır. Belə ki, bu karxanada elektrik kabelləri normativlərə uyğun deyil. Karxanada olan naqillərə, texnikalara baxış keçirilmir.Bu isə işçilərin həyatını təhlükəyə atır. Bir tikə çörək üçün bu karxanalarda həyatlarını risqə atan fəhlə və ustalar sanki quldarlıq dövründə olduğu kimi qul həytı yaşayırlar. Bu insanların nə normal yatacaqları, nə mətbəxləri, nə də hamamları var. Üstəlik əmək müqavilələrinin də olmaması usta və fəhlələrinin gələcək həyatlarının təminatını ciddi sual altına alır.

Sözügedən Karxananın Vüsal Əsgərov adlı sahibkara məxsus olduğu bildirilir.

Karxananın vergidən külli-miqdarda vəsait yayındırdığı da səslənən iddialar arasında yer alır.

İlginc məqamlardan bir isə sahibkara məxsus karxananın Xəzər rayon icra hakimiyyətində himayədarlarının olduğu deyilir. Eyni zamanda Xəzər rayon icra hakimiyyəti başçısının Türkan qəsəbə üzrə icra nümayəndəsi Əli Quliyevin də adı himayədarlar arasında adları çəkilir.

Qeyd edək ki, Azərbaycan ötən ilin noyabr ayında ekologiya probleminə həsr olunmuş beynəlxalq COB-29 tədbirinə ev sahibliyi etdi. Ekologiya naziri Muxtar Babayev COB 29-da keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən daş karxanalarının sayının həddən çox olduğunu, buna görə də ekologiyaya ciddi zərər dəydiyi, Bakı və ətraf ərazilərin havasının çirkləndiyi bildirdi. AzFakt.com

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir