kanal1

Onlar 3 aydır maaşlarını ala bilmirlər... - Bayramı da pulsuz qaldılar...

Tarix:22-03-2022, 17:10
Baxış Sayı:197

Onlar 3 aydır maaşlarını ala bilmirlər... - Bayramı da pulsuz qaldılar...


Zığdakı modul tipli xəstəxananın işçiləri 3 aydır ki, maaşlarını ala bilmirlər.

ictmailider.az xəbər verir ki, bu barədə "Toplum TV"yə adının çəkilməsini istəməyən xəstəxana işçilərindən biri məlumat verib.

Onun dediyinə görə, koronavirus xəstələri üçün nəzərdə tutulan digər xəstəxanalarda işçilərin maaşları çoxdan verilib: "Xəstəxana rəhbərliyi hər dəfə deyir ki, gələn həftə veriləcək, ayın axırı veriləcək, bayramdan əvvəl veriləcək. Koronavirus xəstələri üçün olan bütün xəstəxanaların maaşları verilib, bizdən başqa. Soruşanda ki, niyə onlara verilib, bizə yox? Cavab verirlər ki, onlar maaşlarını TƏBİB-dən, biz isə Maliyyə nazirliyindən alırıq".

Xəstəxana işçisi iddia edir ki, rəhbərlik ixtisara düşən işçilərə də kompensasiya ödənilməsin deyə, onlara öz istəkləri ilə işdən çıxarılması barədə ərizə yazdırırlar.

Şikayətçinin dediyinə görə, onlar normalda da maaşlarını, 2-3 aydan bir alırlar. Amma bayram ərəfəsi olduğundan indi pula daha çox ehtiyacları var: "Mən ailəmdən pul alıram. Amma hamı mənim kimi deyil. Elə adamlar var burda ailəlikcə işləyirlər və 3 aydır evlərinə pul girmir".

Məsələ ilə əlaqədar Maliyyə Nazirliyindən cavab almaq mümkün olmayıb.

Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?