kanal1

ÖTƏN İL ÖLKƏDƏN 5 MİLYARD DOLLARI KİMLƏR ÇIXARIB? – Pullar hara gedib?

Tarix:18-03-2022, 12:11
Baxış Sayı:25

ÖTƏN İL ÖLKƏDƏN 5 MİLYARD DOLLARI KİMLƏR ÇIXARIB? – Pullar hara gedib?

Azərbaycan Mərkəzi Bankı bildirir ki, 2021-ci ildə Azərbaycandan kapital axını 5 milyard 52,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

ÜDM-in həcmi 48, büdcəsi 18 milyard dolalr olan ölkə üçün bu həcmdə kapital çıxışı kifayət qədər böyük rəqəmdir. Maraqlıdır, Azərbaycandan bu həcmdə vəsaitlər hara gedir?

İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycandan kapital axınının artması bir çox səbəblərlə bağlıdır.

Ekspertin sözlərinə görə, Azərbaycandan dividentlər qazanan qeyri rezidentlərin gəlirlərinin artması və onların bir hissəsinin ölkədə çıxarılması bura aid edilə bilər:"Çünki neft sektorunda xidmət göstərən qeyri-rezidentlərin gəlirləri artıb. Bu, neftin dünya bazarında yüksək qiymətlərə satılması ilə bağlıdır. Onların bir çoxu da gəlirlərini ölkədən çıxarırılar".

N.Cəfərli deyir ki, ölkədə investisiya mühtinin yaxşı olmaması da nəticə etibarı ilə kapitalın ölkədən çıxrılmasına, Türkiyə, Gürcüstan kimi ölkələrin iqtisadiyyatına yatrılmasına səbəb olur: "Türkiyənin əmlak reyestr xidməti dəfələrlə açıqlama verib ki, Azərbaycan vətəndaşları daşınmaz əmlak alışında ya ilk üçlükdə, yaxud birinci beşlikdə yer alırlar. Bu da kifayət qədər ciddi göstəricidir".

İqtisadçı hesab edir ki, ölkədə investisiya şəraiti yaxşı olmadıqca kapitalın axını davam edəcək: "Ölkədə normal iqtisadi mühit olsaydı bu vəsaitlərin böyü bir qismi kiçik və orta sahibkarlığa, digər iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinə investisiya şəkilində qoyula bilərdi".

"AzPolitika.info"

AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
Prezident ona yüksək vəzifə verdi
Prezident ona yüksək vəzifə verdi
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...