![1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də günləri başlardı 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də günləri başlardı](/uploads/posts/2022-03/medium/1646249184_whatsapp-image-2022-03-02-at-12.12.58-2.jpeg)
Qaradağlının işğalından 30 il keçir. Qaradağlı kəndi Xocavənd rayonunun eləcə də dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olan bu kənd rayon mərkəzindən 13 kilometr qərbdə Xocavənd Xankəndi avtomobil yolunun üzərində dağətəyi ərazidə yerləşir. 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də günləri başlardı.Kənd sakinləri tam müasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı hər daşı uğrunda mübarizə apardılar. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda etmiş, Vətən, doğma torpaq uğrunda şəhid olmuşdur. Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş kənddə olan 118 nəfər əsir götürülmüşdü. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdi. Kənddə iki ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüşdür. 43 ailə öz başçısını itirmiş, ailədən hər iki valideyn qətlə yetirilmişdir. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətini ən qanlı səhifəsindən biridir.