kanal1

“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..

Tarix:Bu gün, 13:16
Baxış Sayı:0


“Azpulmat” Bank Olmayan Kredit Təşkilatı (BOK) müştərilərini aldadır...

Poliqon xəbər verir ki, bununla bağlı redaksiyaya vətəndaşlardan şikayətlər daxil olub.

Şikayətçinin bildirdiyinə görə, hazırda ölkədə onlayn kredit təklif edən “Azpulmanat” ötən ilin sonunda cəlbedici kampaniyaya başlayıb. Kampaniyaya əsasən, həmişə götürdükləri kreditə görə, yüksək məbləğdə faiz ödəməli olan müştərilərə bu dəfə krediti əldə etdikdən 45 gün sonra cəmi 70 manat faiz ödəmək təklif olunub. Bu təklif “Azpulmat”ın tətbiqində hər zamankı kimi kredit götürmək üçün istifadə olunan həlqələrdə də göstərilib. Belə ki, həmişə yuxarı və aşağı dairələri çevirməklə məbləği, vaxtı və ona uyğun qaytarılacaq məbləğ göstərilirdisə, bu dəfə həlqələrin birində 500 manat, digərində isə 45 gün göstərilib və yekun 570 manat məbləğ yazılıb. Bunu yeni il kampaniyası hesab edən müştərilər təbii ki, “Azpulmat” kimi həmişə yüksək dərəcəli faizlər göstərən bir BOK-un bədəfəki təklifini göydəndüşmə hesab edib məbləği seçiblər.

Lakin ödəmə vaxtı yaxınlaşanda məlum olub ki, “Azpulmat” heç də kampaniya təşkil etməyibmiş, faiz dərəcələri də aşağı salınmayıb, həmişəki kimi qalıbmış. Misal üçün, 500 manat götürən müştəri, düşündüyü kimi 45 günün tamamında 70 manat deyil, 210 manat ödəməlidir.

Bu barədə kredit sifarişi qəbul edildikdən sonra gələn müqavilədə də yazılıbmış. Sadəcə müştərilərin əksəriyyəti pulu görmək sevinci içində heç müqaviləyə baxmayıblar. Təəssüf ki, müştərilərin bu zəif nöqtələrini bilən “Azpulmat” BOK da belə bir hiylə işlədərək müştəriləri aldadıb, necə deyərlər, qarmaq atıb, balıq tutub.

İndiki vəziyyətdə müştərilər BOK-a zəng edib aldadıldıqlarını, “Azpulmanat”ın dələduzluqla məşğul olduğunu söyləsələr də BOK-dan aydınlıq gətirmək yerinə, vətəndaşları məlum məbləği ödəməyi tələb edirlər.

Məsələ ilə bağlı “Azpulmanat”dan münasibət öyrənmək istəsək də əlaqə qurmaq mümkün olmayıb. Şikayətçi bildirir ki, əlaqədar qurumlar isə “Azpulmanat”ın bu özbaşınalığına və dələduzluğuna göz yumur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info

BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..