kanal1

Qarabağda nəhəng həcmdə tikinti-quruculuq işləri həyata keçirilir

Tarix:2-03-2022, 11:08
Baxış Sayı:164

Qarabağda nəhəng həcmdə tikinti-quruculuq işləri həyata keçirilir

Hacı Əhəd Həsənov
İş Adamı


Azərbaycanın 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa, tikinti-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qarabağda məcburi köçkün ailələrinin doğma ata-baba yurdlarına qayıda­raq, bundan sonra xoşbəxt və firavan həyat sürmələri üçün la­zımi təhlükəsizlik tədbirləri ilə yanaşı, iri infrasturktur layihələri uğurla icra olunur. Bu mühüm prosesdə bir çox kollektivlər, alim və mütəxəssislər, sadə peşə adamları böyük həvəslə iştirak edirlər.Qarabağda hazırda görülən bərpa işlərinin həcmi və vüsəti, insanların bu bənzərsiz diyarı yenidən dirçəltmək və onu dünyanın ən gözəl məkanlarından birinə çevirmək arzusu o qədər böyükdür ki, bunları müşahidə edən hər kəsdə dərin məmnunluq hissi yaranır.

– Qarabağ hər bir azərbaycanlı üçün olduq­ca doğma və məhrəm bir diyardır. Onun 30 ilə yaxın düşmən əsarətində qalması hər birimizin ürəyini sızladırdı. Ürək dolusu sevinə bilmir­dik. Ən xoş anlarımızda belə gözümüzün biri gülürdüsə, o biri ağlayırdı.

İndi, Allaha min şükürlər olsun ki, Xan qızı Natəvanın, dahi Üzeyir bəyin, böyük xanəndəmiz Bülbülün yurdu, xalqımızın mənəviyyat tacı olan Qarabağımız azaddır. Bundan böyük xoşbəxtlik ola bilərmi? Əlbəttə, ola bilməz! İnsan yalnız şərəfli ölkədə ləyaqətli ömür sürə bilər. Azərbaycan da dünyanın ən şərəfli ölkələrindən biridir. Biz bu mənada son dərəcə xoşbəxt xalqıq.Xalqımıza bu xoşbəxtliyi müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri bəxş ediblər. Bu xoşbəxtlik xalqla dövlətin sarsılmaz birliyi sayəsində mümkün olubdur. Bu birliyin, həmrəyliyin, yurdsevərliyin qədrini bundan sonra daim bilməliyik. O zaman daha güclü, daha qüdrətli olacağıq.

Mən bu günlərdə mətbuatdan öyrəndim ki Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yara­dılmış Əlaqələndirmə Qərargahının növbəti ic­lası keçirilib. Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nu­riyevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra­sına dair son vəziyyət təhlil edilib, qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub.

Bəli, bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən geniş­miqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Dünya bunu görür və yüksək dəyərləndirir. Dünya həmçinin görür ki, ermənilərin Qarabağda 30 ildə dağıtdıqlarını bərpa etmək, Qarabağı dirçəltmək və tamamilə yenidən qurmaq üçün Azərbaycan dövləti və xalqı əl-ələ veribdir.

Azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurub-yaratmaqla məşğuldur. Bizim onlardan fərqimiz çox böyükdür. Biz sivil, mədəni xalqıq, onlar isə nəyə qadir olduqlarını Qarabağda bütün dünyaya “nümayiş etdirdilər”.

İndi ermənilər ağıllarını başlarına yığıb düzgün seçim etməlidirlər. Mən çox istərdim ki, erməni xalqı öz səhvlərini etiraf edib, nəhayət, düz yola, haqq yoluna qayıtsın. Tarixdə əbədi müharibələr olmur. Ermənilər bizimlə qonşu kimi sülh, əmin-amanlıq şəraitində yaşama­ğa çalışmalıdırlar. Bu, onların da bizim də xeyrimizədir.

Mən indi ömrümün ahıl yaşındayam. Sinnim artıq səksəni ötüb. Birinci Qarabağ müharibəsi barədə çox sayda əsərlər, povest və hekayələr qələmə almışam. Ömür vəfa etsə, Vətən müharibəsinin qəhrəmanlarını da böyük həvəslə vəsf edəcəyəm. Vətənimlə, dövlətimlə, Prezidentimlə qürur duyuram!

“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
Naxçıvanda sahibkarlara yeni xidmət növü - “oğurluğun qarşısını almaq” üçün 200 manat verməlisən yoxsa...
Naxçıvanda sahibkarlara yeni xidmət növü - “oğurluğun qarşısını almaq” üçün 200 manat verməlisən yoxsa...
“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?
“Halal” adıyla haram kolbasa satan “Best Beef” kimindir?
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi olub - YENİLƏNİB
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi olub - YENİLƏNİB
Rəqqasə Renkanın ayaqları tutulub-“Addım ata bilmirəm…”
Rəqqasə Renkanın ayaqları tutulub-“Addım ata bilmirəm…”
Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....
Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....