kanal1

Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?

Tarix:25-02-2022, 12:45
Baxış Sayı:104

Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?

Qusar şəhərinin mərkəzində yerləşən stadion artıq 6-cı ildir təmirə dayanıb. Amma nə təmir gedir, nə də bir sahib çıxanı var.

1966-cı ildə "Neftçi"yə rəhbərlik edən məşhur futbol ustası Şövkət Orduxanovun adını daşıyan stadion şəhərin düz ortasında,"gözdağı"kimi qalmaqdadır.

Stadionun işləməməsi rayonun futbol həvəskarlarını, şəhər sakinlərini də narahat edir. Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov da şəhər stadionunun bu görkəmindən narazıdır.

Bizim.Media-ya açıqlamsında bildirib ki, 1962-ci ildə istifadəyə verilmiş stadion uzun illər "Məhsul" kənd İdman Cəmiyyətinin balansında olub. 1999-cu ildə "Şahdağ"futbol klubu tərəfindən 99 il müddətinə icarəyə götürülüb:

"2017-ci ildə stadionu təmirə görə bağladılar. Və o vaxtdan nə zaman bərpa olunacağı barədə dəqiq heç bir məlumatımız yoxdur".

Əldə etdiyi məlumata görə, Qusar şəhər stadionunun təmir və bərpa işlərini "Azenko"şirkəti aparır. Şirkətin maliyyə problemləri səbəbindən işləri dayandırdığı bildirilir. Xatırladaq ki, “Azenko” şirkətinin “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu deylir.
Hətta rayonda stadionun "Azenko"şirkətinə satıldığı da barədə məlumatlar yayılıb.

Yeri gəlmişkən, Qusarın 1990-cı ildə yaradılmış peşəkar futbol komandası "Şahdag" komandası da artıq mövcud deyil. Komandaya sponsorluğun da "Azenko" şirkətinin etdiyi deyilir.

Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov bu məlumatları təsdiqləsə də əlində heç bir rəsmi sənədin olmadığını dedi.

Yeri gəlmişkən, Gənclər və İdman naziri Şabranda bölgənin idarə rəhbərlərilə keçirdiyi görüşdə Emil Əmirmətov Qusar stadionunun işlək vəziyyətdə olmaması, bərpa işlərinin sürətləndirilməsi barədə qusarlıların xahişini Fərid Qayıbovun diqqətinə çatdırıb. Nazir bu məsələ ilə məşğul olacağına söz verib.

Qusar şəhər stadionunun bir addımlığında yerləşən Qusar icra hakimiyyətindən isə mövzu ilə bağlı heç bir açıqlama verilmədi. Onlar bu barədə danışmamağa üstünlük verdilər. Mövzuya qayıdacağıq.

Bizim.Media
Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?
Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?
Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?
Etibar Pirverdiyevin ağlar günə qoyduğu “Şahdağ” komandası – Stadionu kimə satıblar?

Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi olub - YENİLƏNİB
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi olub - YENİLƏNİB
Rəqqasə Renkanın ayaqları tutulub-“Addım ata bilmirəm…”
Rəqqasə Renkanın ayaqları tutulub-“Addım ata bilmirəm…”
Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....
Rafail Mehrəliyevin işçisi Cavanşir Alaverdizadənin 1 milyon manatdan çox.....
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
AĞGÖL Milli Parkında SULARI KİM BULANDIRIR?.. - İTTİHAM VAR...
BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar