kanal1

Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...

Tarix:12-02-2025, 10:08
Baxış Sayı:11


Göyçay rayon, Çaxırlı kənd sakinləri tərəfindən Ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "Dia.az"a daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sədri Fərhad Mehdiyevin qanunsuz əməlləri üzə çıxdı. Belə ki, biz Göyçay rayon Çaxırlı kənd sakinləri Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpağın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlusayda şikayətlər göndərmişik. Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdır. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev buna görə iddia ərizəsi yazaraq 20.12.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi üzrə 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovun avtomobili ilə bir yerddə gedərək öz iddiasını müdafiə etməyərək cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandımağa çalışmışdır. Həttda məhkəmə iclasında hakim “kənd sakinləri bura şikayət göndəriblər gölün kəndə ziyanlar vurmasını müqavilənin ləğv edilməsini xahiş edirlər” sualına bələdiyyə sədri cavab olaraq bildirib ki, yox artıq kənd sakinləri razılığa gəliblər şikayətçi deyillər.
Bununlada subut olundu ki, bələdiyyə sədri kənd sakinlərinin haqlı şikayətlərini yox iş adamı Vidadi Əsgərovun qanuna zidd mövqeyini müadiə edirmiş.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev bu əməlləri ilə biz sakinlərə ziyanların vurulmasının davam etdirilməsinə rəvac vermiş oldu.
Onuda qeyd edək ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.
Çaxırlı kənd sakinləri bələdiyyə sədri Fərhad Mehdiyevin belə qanuna zidd hərəkətlərindən çox narahat olub mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, Ədliyyə Naziri cənab Fərid Əhmədova və digər orqan rəhbərlərinə müraciət edərək Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyevin barəsində qanunu və ciddi tədbirlər görülməsini xahiş edirik..."(Dia.az)

Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir