kanal1

"Azərbaycandakı İran dükanlar şəbəkəsində yararlılıq müddəti bitmiş mallar satılır" - XƏBƏRDARLIQ

Tarix:18-02-2022, 16:57
Baxış Sayı:29

"Azərbaycandakı İran dükanlar şəbəkəsində yararlılıq müddəti bitmiş mallar satılır" - XƏBƏRDARLIQ

""Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda və digər qanunvericilik aktlarında birmənalı olaraq göstərilib ki, ölkənin əmtəə bazarında satılan bütün mallar milli dildə markalanmalıdır”.

Bunu Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyib. O bildirib ki, bu, sadə və ucuz vətənpərvərlik deyil, istehlakçının mal haqqında informasiya almaq kimi beynəlxalq və yerli hüququnun tanınması deməkdir:

"Zəif ölkə olan Ermənistan, Gürcüstan bu məsələni çoxdan həll ediblər. Onların əmtəə bazarında markasız mallar olmur. Lakin bizdə ümumilikdə olan malların – təkcə ərzaq deyil, texniki, mürəkkəb texniki, avtomobillər və s. - təxminən 50 faizindən çoxu ilə bağlı milli dildə heç bir informasiya yoxdur. Ən acınacaqlı hal İran dükanlar şəbəkəsində müşahidə olunur. Belə ki, burada satılan bütün malların üzərində buraxılma tarixi, yararlılıq müddəti fars əlifbası ilə qeyd edilib və buna görə də köhnə malların satışı, bundan zəhərlənmə halları qeydə alınır. Hazırda Azad İstehlakçılar Birliyi İran dükanlarındakı malların tərcüməsi üzərində müəyyən işlər aparır ki, dövlət orqanları qarşısında da məsələ qaldırılsın”.

Müsahibimiz bildirib ki, Azərbaycanda istehlakçılar üçün "məlumat standartı” deyilən bir şey yoxdur:

"Bu da ona gətirib çıxarır ki, insanlar köhnə mal alır, zəhərlənirlər, aldıqları mürəkkəb texniki cihazların işləmə qaydalarını bilmirlər və s. Bu problem həll olunmalıdır. Bu işə cavabdeh olan dövlət qurumu – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələnin həlli istiqamətində heç bir addım atmır. Mallar haqqında informasiyanın alınma hüququnun pozulması açıq qalıb”.

Sfera.az

BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..