kanal1

/// Xocavənd Rayonunun Əhalisi Abadlıq bə Quruculuq İşini Yenidənqurmanın Bir Qolu Hesab Edir...

Tarix:15-02-2022, 16:38
Baxış Sayı:59

/// Xocavənd Rayonunun Əhalisi Abadlıq bə Quruculuq İşini Yenidənqurmanın Bir Qolu Hesab Edir...

Xocavənddə yenidənqurma işləri ənənəvi hal alıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Xocavənd rayonunda aparılan işlərin intensiv şəkil almasına şəxsən nəzarət edir, Burada qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması da əsas məsələlərdən biri kimi rəhbərliyin qarşısında durur. Və bu istiqamətdə uğurlu proqram və layihələr həyata keçirilməkdədir. Bu gün Xocavənd rayonunda sürətli canlanma özünü biruzə verir. Rayonda müasirlik, yeniləşmə mövcuddur. İqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Və eləcə də, yenidənqurma işlərinin əsaslı şəkildə təşkili burada özünü açıq-aydın göstərir. Xocavənddə dinamik inkişaf yüksək göstəricilərlə xarakterizə olunur. Burada ictimai-siyasi sabitlik hökm sürür. Rayonda sosial-iqtisadi inkişaf günün reallığı kimi qiymətləndirilir. Azərbaycan Respublikası Prezidentinin "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər) bütün bölgələrdə olduğu kimi Xocavənddə də uğurla həyata keçirilir. Cənab Eyvaz Hüseynovun bilavasitə xüsusi diqqəti və qayğısı altında bu bölgədə Dövlət proqramına bpyük önəm verilir. Xocavənddə Dövlət Proqramından irəli gələn məsələlərin həlli əhalini də düşündürür. Çünki həyata keçirilən işlər və sonraki illər üçün nəzərdə tutulan məsələlər onların iqstisadi sahədə uğur əldə etmələrində başlıca rol oynayır. Xocavənd rayonunda yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilmiş, bu məqsədlə müvafiq dövlət və özəl qurumların imkanlarından maksimum istifadə edilmişdir. Sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir. Dövlət Proqramından irəli gələn mühüm müddəalar bu ardıcıllığa təkan verir. Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfəri burada da günün reallığına çevrilən mühüm amillərin daha da geniş vüsət almasına zəmin yaratmışdır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Xocavənd rayonunda layiqli şəkildə həyata keçirilir. Bu da bugünkü vacib məsələlərin həlli yolunda iş adamlarına yarsımçı olur. Quruculuq işi əsil inkişafdan xəbər verir. Bunu Xocavənddə də açıq-aydın görmək mümkündür. Bu gün Xocavənddə müasir ab-hava duyulur. Rayonun daxili potensialı mühüm işlərinə rəvac verir. Ölkə başçımızın imzaladığı Dövlət Proqramından irəli gələn mühüm və vacib müddəalar bu rayon üçün də xarakterikdir və bunun rayonun əsaslı inkişafında rolu böyükdür. Rayonda sosial həyatın gündəlik qayğıları buradakı əhalinin gələcək yaşam tərzinin dinamikliyini özündə əks etdirir və məhz bu üzdəndir ki, rayon sakinlərinin qələbəyə inamı, sabaha ümidi böyükdür. Xocavənd rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov rayona rəhbərliyə başladığı gündən tikinti, abadlıq və quruculuq işlərinə böyük önəm vermiş, əhalinin sosial problemlərinin həlli istiqamətində əməli addımlar atmışdır. Onun gördüyü işlər rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Rayonda aparılan quruculuq işləri günün həqiqətlərinə söykənir və əhalinin məşğulluğunun artırılması üçün böyük zəmin yaradır. Bu gün Xocavəndlilərdə qurub-yaratmaq həvəsi çoxalıb. Rayonda aparılan geniş və əhatəli quruculuq işləri sakinlərin gündəlik həyat qayğılarının aradan qaldırılması istiqamətində bir başlanğıcdır. Bu gün Xocavənd rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov rayon genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələnu edir. İcra başçısının sakinlərə diqqət və qayğısı onların gündəlik həyat şəraitinin yaxşılaşması üçün böyük əhəmiyyət kəsb edir. Dpvlət Proqramı və rayonun inkişaf planına uyğun olaraq bu gün əhaliyə göstərilən kommunal, mədəni-maarif xidnətlərinin yaxşılaşması üçün ardıcıl və konkret tədbirlər görülür. Bu işlər daim rayon rəhbərinin, cənab Eyvaz Hüseynovun diqqət mərkəzindədir və bunun sosial-iqtisadi tərəqqi yolunda təkanı böyükdür.

P.S. Biz bir yazar olaraq rayon rəhbərliyinin əziyyətlərini yüksək dəyərləndirir,Xocavənd rayonunun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən cənab Eyvaz Hüseynov başda olmaqla bütün şura üzvlərinə,başçının müavini-Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanova işlərində uğurlar arzulayırıq.

Hörmətli Eyvaz Hüseynov!

Sizi 15 fevral 2022-ci ildə ömrünüzün 63-cü qışına qədəm qoymağınız münasibətilə təbrik edir, Müstəqil Dövlətimizin başçısı,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyiniz bütün işlərinizin uğurlu olmasını,Azərbaycanımızın tərəqqisinə öz töhvəsini verməsini diləyirəm.

Qoy bu qış günlərində xalqımızın üzünə açılan səhərlər sizə,ailənizə və yaxınlarınıza xoş əhval-ruhiyyə,xoş ovqat gətirsin.

Yaşadığınız 63 illik şərəfli ömrünüz mübarək,Eyvaz müəllim!

BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..