kanal1

Abid Şərifovun qızının rəhbərlik etdiyi şirkət kapitalını azaldır - DETALLAR

Tarix:15-02-2022, 15:17
Baxış Sayı:12

Abid Şərifovun qızının rəhbərlik etdiyi şirkət kapitalını azaldır - DETALLAR

Baş nazirin sabiq müavini Abid Şərifovun qızı Təranə Mahmudovanın rəhbərlik etdiyi "A.N.N.N." MMC (VÖEN-1500068571) nizamnamə kapitalinin azaldığını elan edib.

ictimailider.az yeniavaz.com-a istinadla xəbər verir ki, elanda debitor və kreditorların Nərimanov rayonu, AK.Həsən Əliyev küçəsi, ev 103a, m. 35 ünvanına müraciət etmələri istənilir.

Məlumat üçün bildirək ki, "A.N.N.N." MMC Abid Şərifov baş nazirin müavini olan zaman – 17.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda MMC-nin nizamnamə kapitalı 30 min 30 manat təşkil edir.

“Optimed” Tibb Mərkəzinin direktoru olan Təranə Mahmudova eyni zamanda “Güvən 2017” MMC-nin də qanuni təmsilçisidir. Abid Şərifovun qızı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun həyat yoldaşıdır. Təranə Mahmudovanın 1991-ci il təvəllüdlü oğlu Nicat Mahmudovun Böyük Britaniyada “Abeona Global Limited” adlı şirkəti var. Londonda “29A Durweston Street, London, W1H 1PG” ünvanında qeydiyyatda olan şirkətin 22.06.2017-ci il tarixində təsis olunduğu bildirilir.

Onu da qeyd edək ki, əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olan Azərbaycanın nəhəng tikinti şirkətlərindən "Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin dövlət büdcəsinə böyük həcmdə - 1 milyon 290 min 670 manat 47 qəpik vergi borcu var.

BMT-nin Yəməndəki əməkdaşı ölüb
BMT-nin Yəməndəki əməkdaşı ölüb
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
“Best Beef” sosiskalarında donuz əti DNT-si aşkarlandı - Fotolar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..