kanal1

Hacıqabulda dövlət notariat kantoru deyil, əsl bazar fəaliyyət göstərir… - Görəsən, Ədliyyə Nazirliyinin rəhbərliyi bu barədə nə düşünür ?

Tarix:29-01-2022, 10:06
Baxış Sayı:149

Hacıqabulda dövlət notariat kantoru deyil, əsl bazar fəaliyyət göstərir… - Görəsən, Ədliyyə Nazirliyinin rəhbərliyi bu barədə nə düşünür ?

Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.
Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.
Məlum olur ki, hansısa notarial kantor saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.
Daha dəqiq desək, notarial kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.
Məlumdur ki, Azərbaycanda vətəndaşlar xüsusilə notariat xidmətlərinə üstünlük veriblər.
Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir. Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir.
Bu dövlət notariat kontorlarında yüzdən artıq notarius çalışır.
Belə kantorlardan biri də Hacıqabul rayonu dövlət notariat kantorudur.
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hüquqların notariat qaydasında təsdiq edilməsinin üstünlüyü ondadır ki, notariat qaydasında tərtib edilmiş sənəd hüququ DÖVLƏTİN ADINI QORUYUR.
Amma təəssüf ki, Hacıqabul notariat kantorunda nəinki DÖVLƏTİN, heç kantorun öz adı qorunmur.
Belə ki, Hacıqabul sakinlərinin dediyinə görə, Hacıqabul rayonu dövlət notariat kantoru mülkiyyətin alqı-satqısı, avtomobillərin satışı zamanı ciddi saxtakarlığa yol verir.
Bu isə gələcəkdə mülkiyyət hüquqi ilə bağlı vətəndaşlara ciddi problem yaşadır.
Sözün qısası, Hacıqabul notariat kantorunda hüququn aliliyi deyil, rüşvətin miqdarı əsas götürülür.
Bütün bunlar azmış kimi, kantorun notariusu vəzifəsini icra edən Ruslan Səfərov hamıya deyir ki, Ədliyyə Nazirliyində adamım var, mənə kimsə bir söz deyə bilməz.
Bir sözlə, Hacıqabulda notarial kantor deyil, əsl bazar fəaliyyət göstərir.
Görəsən, bu barədə Ədliyyə Nazirliyinin rəhbərliyi nə düşünür ?
Mövzunu gündəmdə saxlayacağıq.
P.S Görəsən Ruslan müəllim nə üçün başqasının maşınını öz əmlakı kimi satır?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gundelik-baku.com

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı