kanal1

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!

Tarix:8-02-2025, 16:47
Baxış Sayı:1



Zaqatalada şəhidin adını daşıyan məktəb görün nə vəziyyətdədir.

Rayonun ucqar Kəpənəkçi kənd orta məktəbi yararsız vəziyyətə düşsə də, qışın bu sərt günlərində dərslər davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbi ötən əsrin 60-cı illərində inşa olunub və 8 illik məktəb kimi fəaliyyət göstərib. Ötən illərdə heç bir təmirə dayandırılmayan bu binanın hazırda ciddi görüm-baxıma ehtiyacı var.

Məktəbdə şagirdlər sınıq pəncərələri olan siniflərdə dərs keçirlər ki, bu da istiliyin nə dərəcədə olmasının başlıca göstəricisidir. Küləkli bəzən də temperaturun aşağı düşdüyü günlərdə uşaqlar üst paltarlarını nəinki çıxarır hətta balacalar əlcəkdən belə istifadə etmək məcburiyyətində qalır. Təhsil ocağının pəncərələri ilə yanaşı döşəməsi, tavan və qapıları də yararsız haldadır. Valideynlərin sözlərinə görə uşaqlar dəfələrlə döşəmədə sicanlar görüb. İlin yaz-yay aylarında isə siniflərdə ilanlara da rast gəlinib.

Yeri gəlmişkən, min nəfərdən çox əhalisi olan Kəpənəkçi kənd məktəbində 170 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 30-a yaxın müəllim məşğul olur.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, qarşıdakı tədris ilində region üzrə 2 məktəbin yenidən inşası və 100-dən artıq məktəbin isə əsaslı təmiri nəzərdə tutulur.

Kəpənəkçi kənd tam orta məktəbinin hazırkı vəziyyətinə gəldikdə isə regional idarədən bildirilib ki, bu təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

Müraciətin nə vaxt, nə zaman icrası isə hələ sual altındadır. Çünki təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik əsasında həyata keçirilir.

Bu baxımdan Kəpənəkçi məktəbinin də təmir növbəsinin nə zaman çatacağını ancaq tikinti briqadaları orada peyda olanda bilinəcək. O zamana qədər isə 170 şagird və 30 müəllim üst-başlarını qalın etmək, gəmiricilərdən, ilanlardan qorunmaq məcburiyyətindədirlər.



Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayevin İllərlə qazandığı hörmətə ləkə salmaq görəsən kimlərə xeyir gətirəcək?...
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir