kanal1

Goranboy bələdiyyəsinin sədrinin BAŞI DƏRDDƏ - İDDİA

Tarix:25-01-2022, 21:54
Baxış Sayı:30

Goranboy bələdiyyəsinin sədrinin BAŞI DƏRDDƏ - İDDİA

Goranboy Bələdiyyəsinin sədri Şəmsi Əliyevin rayondan çıxışına qadağa qoyulub.

ictimailider.az xəbər verir ki, Hurriyyet.az-a bu haqda məlumat verən mənbənin sözlərinə görə, bələdiyyə sədrinin fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılır. Bildirilir ki, Ş.Əliyevin barəsində çoxsaylı şikayətlər olduğundan, onun Goranboydan çıxışına rəsmi qaydada qadağa qoyulub.

Mənbə deyir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi bəldəiyyə sədrinin həbsinə səbəb ola bilər. Çünki onun barəsində çox ciddi ittihamlar mövcuddur.

Xatırladaq ki, Əliyev Şəmsi Talıb oğlu 1980-ci ilin oktyabr ayının 25-də Goranboy rayonunun Şəmmədli kəndində anadan olub.

2003-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilə qədər Goranboy rayon Subartezian Quyuları İstismar İdarəsində Elektrik elektirk vəzifəsində işləyib.

2004-2008-ci illərdə Goranboy şəhər Mənzil İstismar İdarəsində mühəndis, 2008--2014-cü ilərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon Regional Torpaq Kadastr mərkəzində mühəndis vəzifəsində işləyib.

2014-cü ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Bələdiyyə üzvü və 2015-ci ilin yanvar ayının 30-da Goranboy bələdiyyəsinin 1-ci iclasında Goranboy bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı