kanal1

"Bütün aidiyyatı qurumlara demişik, amma..." - Topçubaşov adına xəstəxanada KT aparatı işləmir

Tarix:25-01-2022, 17:07
Baxış Sayı:23

"Bütün aidiyyatı qurumlara demişik, amma..." - Topçubaşov adına xəstəxanada KT aparatı işləmir

Bakı şəhərində, əhali tərəfindən “Eksperimental xəstəxana” adı ilə tanınan “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”ndə tibbi avadanlıqların fəaliyyətində problemlər yaranıb.

ictimailider.az xəbər verir ki, bu barədə "Hürriyyət"ə orada müayinələr zamanı sözügedən problemlə üzləşən pasiyentlər məlumat verib.

Müayinələr aparılması üçün istifadədə olan KT (kompüter tomoqrafiyası) tibbi avadanlığının işlək olmaması xəstələr arasında narazılıqla qarşılanıb. Pasiyentlərin bildirdiyinə görə, KT aparatı artıq bir ildən çoxdur ki, işləmir. Aparatın təmiri üçün iki yüz min manata yaxın pul vəsaiti lazımdır. Təəssüf ki, aidiyyatı qurumlar məsələ ilə bağlı maraqlanmırlar. Sakinlərin bildirdiyinə görə, Vətən müharibəsi zamanı xəstəxanada KT aparatının vaxtı keçdiyindən yenilənib. Lakin xəstə sayı çoxluq təşkil etdiyindən sözügedən aparat sıradan çıxıb.

Pasiyentlər aparatın işləməməsinin səbəbini soruşduqda həkimlər cavab verməyiblər. Amma xəstələrə bildirilib ki, sözügedən cihazın hələ daha bir müddət işləməyəcək.

Məsələ ilə bağlı “Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə əlaqə saxladıq. Xəstəxanadan "Hürriyyət"ə bildirilib ki, artıq il yarımdır ki, KT aparatı işlək vəziyyətdə deyil və bununla bağlı aidiyyatı qurumlara məlumat verilib:

"Bizim xəstəxanada KT aparatı il yarımdır ki, işləmir. Aparat yanıb. Səhiyyə nazirliyi, TƏBİB və Tibbi Sığorta Agentliyinə də məlumat vermişik. Bütün aidiyyatı qurumlara demişik. Aparatın təmiri dövlət tərəfindən olunmalıdır. Beş-üç manatlıq təmir deyil. Hazırda xəstələrin KT-yə ehtiyacı varsa, biz onları özəl klinikalara yönəldirik".

Professor Adil Qeybulla deyib ki, publik hüquqi şəxs olmayan xəstəxanalar dövlət tərəfindən maliyyələşdirilməlidir:

"Ümumiyyətlə, dövlət xəstəxanaları publik hüquqi şəxs kimi fəaliyyət göstərirlər. İcbari Tibbi Sığorta çərçivəsində özləri özlərini maliyyələşdirirlər. Hansısa xəstəxana publik hüquqi şəxs olmayıbsa, onu dövlət maliyyələşdirməlidir. Bura xəstəxanın avadanlıqlarının dəyişdirilməsi, təmiri və digər prosesləri aiddir".

Redaksiya olaraq məsələ ilə bağlı TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq. Hazırda hər iki qurum araşdırma aparıldığını bildirib.

Təəssüf ki, Səhiyyə Nazirliyindən həmişə olduğu kimi məsələyə hələ ki, münasibət öyrənmək mümkün olmayıb.

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı