kanal1

Cənab nazir işə BURDAN BAŞLAMALIDIR... - KÖRPƏLƏR DONUR...

Tarix:24-01-2022, 13:15
Baxış Sayı:15

Cənab nazir işə BURDAN BAŞLAMALIDIR... - KÖRPƏLƏR DONUR...

Şəmkirin Çinarlı qəsəbəsində uşaq bağçasında istilik sisteminin olmaması sakinləri narahat edir. Rayonun böyük yaşayış məntəqələrindən biri olan Çinarlı qəsəbəsinin qaz və elektrik təchizatı qaydasında olsa da, burada olan uşaq bağçaları istiliklə təmin olunmayıb.

Ictimailider.az ın məlumatına görə, Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, qrup otaqları maye yanacaqla və odunla qızdırılır.
Övladını qəsəbənin 4 saylı bağçasına qoyan Əli Quliyev körpələrin xalqımızın gələcəyi olduğunu, ona görə onların həyatı üçün istiliyin əsirgənməli olmadığını deyib:

“Uşaqlar xalqımızın gələcəyidir. Biz onlarla nəfəs alırıq. Onlar üçün işıq da olmalıdır, qaz da olmalıdır, yemək də olmalıdır, ərzaqla təminat da olmalıdır. Bu, həmişə belə olub. İndi də olmalıdır”.
Digər sakin Elvir Ələsgərov da bir valideyn kimi övladının təmin olunmuş bağçada təhsil almasını istəyir:

“Övladım gəlir bağçaya. İstilik sistemi düz-əməlli deyil. Odun yandırırlar, onun tüstüsü uşağın boğazına dolur. Kənddə qaz da var, işıq da var, ancaq qoşulmur. Buna gərək aidiyyatı orqanlar baxa, qazı, işığı təmin edə. Valideyn kimi istəyim odur ki, uşağım normal şəraitli bir yerdə böyüsün, normal bağçaya gedib-gəlsin”.
Bağça rəhbərliyi burada istilik sisteminin olmamasını binanın köhnəliyi ilə əlaqələndirib. 4 saylı körpələr evi-uşaq bağçasının müdiri Rahilə Bayramova binanın ötən əsrin 60-cı illərində tikildiyini, bu səbəbdən bağçaya qaz çəkilmədiyini bildirib:

“Köhnə binalar olduğu üçün qaz çəkmək olmur. Neçə dəfə qaz idarəsinə müraciət etmişik. Əvvəllər dedilər istilik sistemi olmalıdır. Sonra dedilər o da olmaz. Təbii ki, istiliyin olması hər kəsin arzusudur. Bəlkə tədricən olacaq, onu deyə bilmərik”.
Məlum olduğu kimi, ölkə başçısının sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib. Ümid edirik ki, bu cür bağçalarda istilik sisteminin quraşdırılması istiqamətində yaxın gələcəkdə işlərə başlanacaq.

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı