kanal1

Rövşən Rzayev öz həmyerlisinə KÖMƏK EDƏCƏK? - MÜRACİƏT

Tarix:24-01-2022, 10:17
Baxış Sayı:13

Rövşən Rzayev öz həmyerlisinə KÖMƏK EDƏCƏK? - MÜRACİƏT

Laçın rayonundan məcburi köçkün Elman Kərimovun ailəsinin ağır vəziyyəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət ünvanlanıb. DİA.AZ bildirir ki, müraciət sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Həmin müraciəti təqdim edirik:

"Şəki rayonunda məskunlaşmış Laçınlı məcburi köçkün Kərimov Elman Kərim oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Elman Kərimov həyat yoldaşı Balaxanım Kərimova ilə birlikdə Şəki rayonu Çələbixan qəsəbəsində Su idarəsinin köhnə və yararsız binasında məskunlaşıb. İndi Su idarəsinin rəhbərliyi onlara təzyiq edir, zorla yaşadıqları yerdən çıxarmaq istəyir. E.Kərimov onlara bildirir ki, bizim getməyə yerimiz yoxdur, ya ev verin gedək yaşayaq, ya da icazə verin gedək Laçında alaçıq quraq yaşayaq. Bu zavallı insanların ümidi hər yerdən kəsilib, bilmirlər nə etsinlər.

E.Kərimovun oğlu Kərimov İsgəndər müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət keçir. Məcburi köçkünə, hərbçi ailəsinə bu cür münasibət dözülməzdir və Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının kobud şəkildə pozulması deməkdir.

Xahiş edirik ki, məcburi köçkün və hərbi qulluqçu ailəsinə köməyinizi əsirgəməyəsiniz, onların bu ağır vəziyyətdən çıxması üçün tapşırıqlarınızı verəsiniz".

Qeye deək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də əslən Laçın rayonundandır...

DİA.AZ

DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
DİN-dən xəbərdarlıq: tamamilə yeni dələduzluq növü – ehtiyyatlı olun
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı