kanal1

Prodüser “Şuşa”nın adının dəyişdirilməsinin səbəbini açıqladı: “Araik dedi ki, dəyişməlidir…" (VİDEO)

Tarix:24-01-2022, 07:49
Baxış Sayı:28

Prodüser “Şuşa”nın adının dəyişdirilməsinin səbəbini açıqladı: “Araik dedi ki, dəyişməlidir…" (VİDEO)

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandası adını "Buta” olaraq dəyişib..

Komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov Baku TV-yə məsələ barədə açıqlama verib.

"Birinci turda bütün komandalar iştirak edirlər. Bu tura KVN-in 10-dək redaktoru baxır. Komandanın aqibəti ikinci turdan sonra məlum olur. Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, "Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burada bir nəfər var - o, Maslyakovun müavinidir.

Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olarmı qərarı Maslyakov versin? Dedilər, yaxşı.

İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, deyə M.Abbasov bildirib.

O qeyd edib ki, hazırda komandanın adı "Şuşa”dır:

"Maslyakov dedi ki, sizi başa düşürük, amma "Şuşa” adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, "Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik”.

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO