kanal1

Zaur Ramixanov: Sevinc xanımın həyatını xilas etmək mənim həkimlik və insanlıq borcumdur

Tarix:20-01-2022, 11:00
Baxış Sayı:29

Zaur Ramixanov: Sevinc xanımın həyatını xilas etmək mənim həkimlik və insanlıq borcumdur

Bir müdət öncə Gəncə sakini Kərimi Sevinc Samil qızının yaxınları yeni Yeni Gəncə Tibb Mərkəzinin (YGTM) Neyrocərrahı Zaur Ramixanov haqqında ölkə mətbuatında ittihamlar səsləndirmişdir.

Şikayətçilər bildirirdilər ki, guya əməliyyatdan sonra xəstə görmə qabiliyyətini itirib. Bu cür səsləndirlən şikayətə dərhal Neyrocərrah Zaur Ramixanov reaksiya verərək, hadisənin ətraflı araşdırılmasını xahiş etdi. Biz də xəstə tərəfindən səsləndirilən iddialara aydınlıq gətirməyə çalışdıq. Xəstə YGTM-nə hansı vəziyyətdə daxil olub və ona hansı diaqnozu qoyublar? Mərkəzdə aparılan müayinələr nəticəsində beyindaxili qanama və qanamanın beyindaxili boşluqlarda, yəni mədəciklərdə qanın yığılması aşkar edilmişdir. Normada beyin-onurğa beyin mayesi yan mədəciklərdə əmələ gəlib, 3-cü və 4-cü mədəciklərə tökülür, buradan isə xüsusi dəliklərdən çıxıb baş beyni və onurğa beynini əhatə edərək onların yuyulmasına xidmət edir. Orqanizmdə cəmi toplam 150 ml BOM olsa da gün ərzində 450 ml əmələ gəlir və bu mayenin gündəlik 3 dəfə yenilənməsi deməkdir. BOM-un dövranı həyati vacib bir prosesdir və bu prosesin sıradan çıxması adətən ölümlə nəticələnir. Yaranan durum “Hidrosefaliya” adlanır, və bu xəstəliyin əmələ gəlməsinin səbəbi bu dövranını pozan hər hansı bir problem (qan, şiş, kista) ola bilər. Bu durumlarda neyrocərrah nə etməlidir?

HİDROSEFALİYANIN CƏRRAHİ MÜALİCƏSİ

Hidrosefaliyanın cərrahi əməliyyatları adətən səbəbə yönəlik girişimlərdir. Yəni dövranı pozan səbəb şiş və ya kistadırsa onları cərrahi yolla çıxardılması dövranı bərpa etmək deməkdir. Ancaq qanamalar zamanı onu etmək mümkün deyil çünki qanama bütün mədəciklərdə olduğundan cərrahi olaraq onları çıxartmaq ya mümkün deyil, mümkün olsa da belə böyük nevroloji qüsurla nəticələnməsi qaçınılmazdır. Bəs çıxış yolu nədir? Çıxış yolu gündə 450 ml əmələ gələn və 3 dəfə yenilənən beyin suyunun beyin toxumasına zərər vermədən digər süni yol yaradaraq çıxarılmasıdır. Süni yol mədəciyə xüsusi bir şuntun yeridilməsidir ki, bu yolla əmələ gələn beyin suyu beyində toplanmadan xaricə çıxır. Bu yol, hidrosefaliyanın və digər ölümcül bir durumların qarşısını alır. Əlavə olaraq həmin süni yolla qan laxtaları çölə yuyulur və bu üsulla mədəciklərdə olan qan 10 gün ərzində təmizlənir. Bu isə beyin suyu dövranının bərpa edilməsi deməkdir. Bu müddətin sonunda kontrol tomoqrafiya vasitəsi ilə mədəciklərin qan laxtalardan azad olunmasına əmin olduqdan sonra şunt çıxarılır və yerinə tikiş qoyulur. Bu əməliyyatın məqsədi xəstədə ölümcül vəziyyətin əmələ gəlməsini önləməkdir.

Yuxarıda sadalanan məqamlar haqqında Neyrocərrah Dr.Zaur Ramixanov xəstənin yaxınlarına əvvəlcədən məlumat vermişdir. Bildirmişdir ki, keçiriləcək əməliyatdan sonra xəstə mütləq təkrar tomoqrafiyadan keçirələcək, mədəciklər qan laxtalarından təmizlənibsə şunt çıxarılacaq. Məhz bu cür də olub. Dr. Zaur Ramixanov əlavə etmişdir ki, qansızmanın bəzi nəticələri (o cümlədən görmə zəifliyi) əməliyyatdan sonra müəyyən zaman qalacaq və tədricən aradan qalxacaqdır.
Hazırda əməliyyatdan sonra xəstə özünü çox yaxşı hiss edir. Yuxarıda qeyd edilən əməliyyat keçirilməsəydi xəsətə bu gün nə danışa bilərdi nə də ki, özü durub sərbəst hərəkət edə bilərdi.
Yuxarıda qeyd etdiklərimiz tibbin ən ağır sahələrindən biri olan neyrocərrahiyyə aid olduğundan oxucu kütləsi yaxşı olardı ki,əməliyyatın detalları barədə ətraflı neyrocərrah Zaur Ramixanovun öz dilindən eşitsin.

Həmin videomaterialı təqdim edirik:

XalqXeber.Az

100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi