kanal1

Elton Məmmədov Ramiz Mehdiyevi yenidən məhkəməyə verdi - TƏFƏRRÜAT

Tarix:17-01-2022, 15:45
Baxış Sayı:22

Elton Məmmədov Ramiz Mehdiyevi yenidən məhkəməyə verdi - TƏFƏRRÜAT


Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə qarşı məhkəmə iddiası qaldırıb.

ictiamilider.az yeniavaz.com-a istinadən xəbər verir ki, Elton Məmmədovun iddiasına Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova tərəfindən baxılacaq.

Qeyd olunur ki, iddia əmək münasibətləri üzrə mübahisələrlə əlaqəli qaldırılıb.
Məlumat üçün bildirək ki, Texniki Universitetdə prorektor vəzifəsində çalışan Elton Məmmədov 27 noyabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkına direktor təyin olunub. Daha sonra AMEA-nın prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə AMEA İşlər idarəsinin müdiri təyin olunub.
Ötən ilin aprel ayında isə mətbuatda Elton Məmmədovun işdən çıxarılması barədə məlumatlar yayıldı. Daha sonra Elton Məmmədov mətbuata verdiyi açıqlmada AMEA-nı məhkəməyə verdiyini bildirib. Qeyd olunub ki, Səbail Rayon Məhkəməsinin 10 dekabr tarixli qərarı ilə Elton Məmmədov işinə bərpa olunub.
Onu da bildirək ki, Elton Məmmədov AMEA İşlər idarəsinin müdiri olan zaman onun müavini Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev olub. Elton Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə Fikrət Əliyevin təyin olunduğu bildirilir. Lakin, AMEA-nın rəsmi saytında bu barədə heç bir məlumat yoxdur. Rəsmi saytda digər idarə və şöbələr barədə, onların rəhbərləri haqqında məlumatlar olsa da, İşlər idarəsi barədə heç bir məlumat yoxdur.

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...