kanal1

Adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı... - Sakinlərdən ETİRAZ

Tarix:14-01-2022, 15:11
Baxış Sayı:17

Adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı... - Sakinlərdən ETİRAZ

Astara rayonunda vəziyyət acınacaqlı həddə çatıb. Bu barədə DİA.AZ-a şikayət edən narazı vətəndaşlar iddia edirlər ki, Astaranın icra başçısı Qəzənfər Ağayev rayonda əməlli-başlı «gestapo» rejimi yaradıb. Vətəndaşların dia.az-a ünvanladıqları və kifayət qədər maraq doğuran məktubunu diqqətinizə təqdim edirik:

«Elə bir təəssürat yarana bilər ki, sanki Astarada hər şey yaxşıdır. Yəni mətbuatdan oxunur ki, filan rayonda sakinlər filan şeyə etiraz etdi, filan rayondaun sakinləri isə filan cürə etiraza qalxdılar. Amma düşünməyin ki, Astarada vəziyyət yaxşıdır.

Əksinə bu gün Astara ən ağır günlərini yaşayır. İcra başçısı postuna təyin olunduğu gündən üzü bu yana rayon camaatı ilə başqa bir dildə danışmağa başlayan Qəzənfər Ağayev Astarada «gestapo» rejimi yaradıb, rayonu mafiya qanunları ilə idarə edir.

Bu gün onun bir mafioz olduğunu təkcə biz yox, bütün respublika bilir. Amma nə olsun ki… Hələ də Qəzənfər Ağayev astaralıların problemi olaraq qalmaqdadır.

Etiraz edəni, başını qaldıranı «narkoman», «narkotik alverçisi» adı ilə həbs edirlər. Statistikaya baxsanız, görərsiniz ki, Astara sakinlərinin az qala tən yarısı həmin ittihamlarla həbs olunub. Halbuki bizim rayonun camaatı dindardır. Amma özünün adı narkotik qaçaqmalçılığında hallanan bu icra başçısı ondan şikayətçi düşənləri həmin damğa ilə həbsə atdırır».

Narazı sakinlər dia.az vasitəsilə ölkə rəhbərliyinə də müraciət edirlər: «Biz dövlətimizi sevirik. Və inanırıq ki, ölkəmizin rəhbərliyi yaxın günlərdə Astara camaatının bir nömrəli problemini - Qəzənfər Ağayev problemini həll edəcək».

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...