kanal1

Sosial müavinətlər artırıldı - FƏRMAN

Tarix:20-12-2021, 10:40
Baxış Sayı:215

Sosial müavinətlər artırıldı - FƏRMAN


Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Ictimailider.az xəbər verir ki, fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. 1.1-ci bənd üzrə:

1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;

1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;

1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;

1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;

1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;

1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir