7-ci Etnosport Mədəniyyət Festivalı İstanbulda start götürüb. Dünya Etnospor Birliyinin təşkilatçılığı ilə baş tutan festival İstanbul Atatürk Hava Limanında 4 gün davam edəcək.
35 ölkənin qatıldığı festivalda ənənəvi idman növləri və oyunlar, ənənəvi sənətlər, mətbəx nümunələri və səhnə sənətləri kimi müxtəlif sahələrdə tədbirlər keçiriləcək.
Festivalın açılış mərasimində Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak, İstanbul Valisi Davut Gül, Dünya Etnospor Birliyinin prezidenti Bilal Ərdoğan, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, eləcə də Azərbaycanı təmsil edən təşkilat və media nümayəndələri ilə yanaşı, bir çox ölkədən rəsmi nümayəndələr iştirak ediblər.
Protokol üzvləri Han Çadırı önündə təşkil olunan mərasimdə lent kəsərək festivalın rəsmi açılışını həyata keçiriblər.