kanal1

İlham Əliyev 3 fərman imzaladı

Tarix:18-12-2021, 16:25
Baxış Sayı:129

İlham Əliyev 3 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584) ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1.2-ci yarımbəndə “2.1.2 – 2.1.4-cü” sözlərindən sonra “, 4.0.2-ci və 4.0.4-cü” sözləri əlavə edilsin və həmin yarımbənddə “2.1.2-ci və 2.1.3-cü” sözləri “2.1.2-ci, 2.1.3-cü və 4.0.4-cü” sözləri ilə əvəz olunsun;

1.2. 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.3. hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə;”

1.3. 5.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.5.7-ci yarımbənd əlavə olunsun:

“5.5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 (on iki) ay ərzində təkrar aşkar edildikdə.”.

2. Bu Fərman dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndində “38-41-ci” sözləri “38-ci, 39-cu, 41-ci,” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO

Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir