kanal1

"Sərhədçi"lərin Avropa uğuru

Tarix:23-04-2019, 19:08
Baxış Sayı:63

"Sərhədçi"lərin Avropa uğuru




Yeni fəaliyyətə başlayan “Sərhədçi” Kikboksinq Klubu artıq ilk uğurunu qazanıb.

ictimailider.az-ın verdiyi məlumata görə, bu ilin aprelin 4-7-də Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa Kuboku yarışı keçirilib. Yarışda 23 ölkədən 2700 idmançı iştirak edib. Avropa Kubokunda Azərbaycan milli komandası 14 idmançı ilə mübarizə aparıb. Millimiz yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yığma komandamızın tərkibində 4 kikboksçu ilə təmsil olunan “Sərhədçi” idman klubunun bütün üzvləri medal qazanıblar. “Sərhədçi” Kikboksinq Klubunun ilk uğurunun şərəfinə təşkil edilən tədbirdə çıxış edən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhədçi zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən idmançılar 1 qızıl və 3 gümüş medala sahib olublar.

O qeyd edib ki, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev qızıl, 67 kq çəki dərəcəsində Elşad Şahbazov, 57 kq çəki dərəcəsində Qəşəm Məmmədov və 54 kq çəki dərəcəsində Vüsal Kazımov gümüş medala layiq görülüb. Milli komandamızın digər üzvlərindən Uğur Hacızadə gümüş, Murad Babayev və Lalə Mikayılova isə bürünc medal qazanıblar.

Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb. İdmançımız rəqibindən üstün idi. Onu hakimlər uduzdurdular. Elşad Şahbazova qarşı ədalətsizlik oldu. Nəticədə kikboksçumuz yarışı ikinci yerdə tamamladı.

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış “Sərhədçi” Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

"Sərhədçi"lərin Avropa uğuru


"Sərhədçi"lərin Avropa uğuru


"Sərhədçi"lərin Avropa uğuru

Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Ermənilərin korrupsioner dayağının sonu – Menendezə verilən layiqli cəza - ŞƏRH
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
BİZİM ƏHMƏD HƏKİM "INTERNATIONAL MEDICAL CENTRE" MMC
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
Hacı Əliyevin planı baş tutdu-Nəvəsi Nurel Kərim Badamdar bələdiyyə sədri olur?
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə işbirliyindən Adil Kərimlinin xəbəri varmı
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"