kanal1

Üzən məzənnə manatı "batıracaq"? - İqtisadçıdan bədbin PROQNOZ

Tarix:9-12-2021, 13:16
Baxış Sayı:22

Üzən məzənnə manatı "batıracaq"? - İqtisadçıdan bədbin PROQNOZ

“Bir müddət sonra ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyevin milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanların olması ilə bağlı fikrinə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı hesab edir ki, məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir, məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır və ayrıca bir simvol kimi dəyərləndirilə bilməz:

“Eyni səhv 2005-2015-ci illərdə edildi, sabit məzənnə rejimi ilə 10 il ölkə yaşadı. Daha sonra öncəliklə sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərcləndi. Vəziyyəti qorumaq mümkün olmadıqda isə üç addımlı devalvasiyaya gedildi. Manat dollara qarşı əvvəl 1.05 AZN, sonradan 1.55 AZN və ən sonda isə 1.70 AZN təyin edildi. Artıq 4 ildən çoxdur ki, sabit məzənnə rejiminə görə məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür. Bu isə ən azı devalvasiya qədər təhlükəli prosesdir.

Azərbaycanda manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirməklə, yenə eyni səhvi edirlər. Amma indiki proses daha təhlükəlidir. Bir müddət sonra manatın məzənnəsi düşəcək və bu zaman ölkədə yoxsulluq səviyyəsi kəskin artacaq.

İndiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil. Çünki üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür. Ölkəmizdə isə manat ancaq bir amildən asılıdır. Hökumətin iqtisadi modelinin olmaması məzənnəni sabitlik simvoluna çevirib və buna sitayiş edilir”.

Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
ALLAHVERDİ BƏYLƏROVUN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?
ALLAHVERDİ BƏYLƏROVUN  İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?
Qarabağ Universitetinin Klinikası yaradılıb
Qarabağ Universitetinin Klinikası yaradılıb
Laçında yaşayan ailə polisdən kömək istədi - "Ailəmizin gəlir yeri olan maşını əlimizdən aldılar" (VİDEO)
Laçında yaşayan ailə polisdən kömək istədi - "Ailəmizin gəlir yeri olan maşını əlimizdən aldılar" (VİDEO)
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…