Təəssüflər olsun ki, son zamanlar həmkarlarım arasında hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara tez-tez rast gəlirik. Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki, bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmur elitasına qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi mənəvi borc bildim.
Doğrusu, bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı, 44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan, hazırkı günə kimi şəhid ailələrinə, qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
O insanı siz də tanıyırsınız dəyərli İctimailider.az oxucuları.
Mən tam əminliklə deyə bilərəm ki, Allahverdi Bəylərov haqqında söylənilənlər öz təsdiqini tapmayan, necə deyərlər, şikayətçinin şəxsi mənafeyi uğrunda qələmə alınan sözlərdir.
Son zamanlar sosial şəbəkələrdə bu insan haqqında yayımlanan
bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğrunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqqında şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək əslində heç bir qanuna sığmır. Həmçinin, belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirir, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.
Allahverdi Bəylərovun
daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil.
Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə fikirləşmək lazımdır ki, ağa ağ, qaraya qara demək lazımdır.