kanal1

BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...

Tarix:9-12-2021, 12:17
Baxış Sayı:33

BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...

Mingəçevirdə şəhid anasının xəstəliyə görə müavinəti kəsilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "qaynar xətti" zənglərə cavab vermir.

Məsələ ilə bağlı "Unikal"a Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Emin Firqət oğlu Rüstəmzadənin anası Kəmalə Rüstəmova bildirib ki, o, ikinci qrup əlildir:

"Onkoloji xəstəliyimə görə iki dəfə əməliyyat olunmuşam. 2-ci qrup əlil olduğum üçün dövlət tərəfindən hər ay 130 manat əlillik müavinəti alırdım. Son 4 aydır ki, əlillik müavinətim dayandırılıb. Səbəb olaraq təkrar müayinədən keçməyimin vacib olduğunu bildirdilər. Bütün tələblərə riayət etməyimə baxmayaraq nə cavab verən var, nə də ölçü götürən. Btün aidiyyatı qurumlar məsələdən xəbərdardır. Həyat yoldaşım Firqət kişi "142" qaynar xətt nömrəsinə dəfələrlə zəng edib. Ən üzüntülü məsələ odur ki nazirlik rəsmiləri telefon zənglərimizə cavab vermir. Yeganə oğul övladımı Vətən Müharibəsində itirmişəm. Oğlumun İnci və Nura adlı iki qız övladı var. Onlar da mənim himayəmdədirlər. Bir şəhid anası olaraq əlillik müavinətimin bərpa edilməsinə yardım göstərilməsini xahiş edirəm".

Qeyd edək ki, şəhid Emin Rüstəmzadə ailənin yeganə oğul övladıdır. Onun bir bacısı var. Övladları və xanımı valideyinləri ilə birgə yaşayır. Şəhidimiz "Suqovuşanın azadlığı uğrunda", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medallarına layiq görülüb.
BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...
BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...
BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...
BU DA OLDU: Nazirlik şəhid anasının müavinətini kəsdi - Sahil Babayev GÜL VURUR...

Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə

Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?

ALLAHVERDİ BƏYLƏROVUN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?

Qarabağ Universitetinin Klinikası yaradılıb

Laçında yaşayan ailə polisdən kömək istədi - "Ailəmizin gəlir yeri olan maşını əlimizdən aldılar" (VİDEO)

"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…