kanal1

Sahil Babayevin günü-gündən GENƏLƏN MƏSLƏHƏT DONU... - Bu, ağını çıxartmaqdır...

Tarix:26-11-2021, 19:19
Baxış Sayı:201

Sahil Babayevin günü-gündən GENƏLƏN MƏSLƏHƏT DONU... - Bu, ağını çıxartmaqdır...

Azərbaycan kimi sosial ədalətin “kəlləçarxa vurduğu” ölkələrdə sosial təminata cavabdeh olan dövlət strukturları daha məsuliyyətli və şəffaf olmağa çalışmalıdırlar. Lakin real mənzərə bunun tam əksini göstərir. Belə ki, bu ölkədə insanların uzun illərdir fəaliyyətindən ən çox narazı qaldığı qurumlardan biri məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və ona aid strukturlardır.

Xüsusilə yeni nazirin dövründə “ən qənaətcil nazirlik” adı uğrunda amansız ölüm-dirim savaşına girişən qurum bu yolda minlərlə əlilin, bundan da dəfələrlə çox pensiyaçının haqqına girməyə, aldıqları qəpik-quruşu kəsməyə, “qurunun oduna yaşı da yandırmağa”, kasıb insanları süründürməyə, qapılara, küçələrə salmağa, nəticədə bir növ onlara qənim kəsilməyə nail olub...

Ancaq bu nazirliyin yuxarıda sadaladığımız “uğurları” ilə yanaşı, digər bir xeyli sayda “qəhrəmanlıqları” da var. Son günlər mətbuatda və sosial şəbəkələrdə ƏƏSMN rəhbərliyinin “məsləhət almaq” adı altında özlərinə yaxın şirkətlərin əli ilə külli miqdarda büdcə vəsaitini necə “silməsi”nə dair məlumatlar dərc edilir. Məlum olur ki, sözügedən nazirlik, məsələn, “Rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətləri” adıyla nazir müavini Anar Kərimovun doğmaca qaynına məxsus şirkətə - "Ekvita" Consulting MMC-yə bir xeyli pul ötürüb. Və bununla Azərbaycanda hətta “rüşvətxorluğa qarşı mübarizə” adı altında da korrupsiyaya yol verməyin mümkünlüyünü əyani şəkildə isbat etmiş olub...

Bundan öncə isə ƏƏSMN-in bir digər strukturu olan Dövlət Məşğulluq Agentliyi həmin şirkətdən 920 000 manatlıq peşə standartları hazırlanması barədə “məsləhət” alıb. Doğrudur, atalar “məsləhətli don gen olar” deyiblər, ancaq bu qiymətə nə don olar, nə də məsləhət...

“Məsləhət” adı altında yüz minlərlə, milyonlarla büdcə vəsaiti havada uçuşur və sonda hansısa məmurun və onun yaxınlarının cibinə axışır. Və bütün bu fırıldaqlar az qala kasıbı, əlili mikroskop altında araşdıran, yoxlayan, onun hər qəpiyini güdən, pulunu kəsmək üçün dəridən-qabıqdan çıxan və bunu öz vicdanına sığışdıran nazirlikdə baş verir...

Bu qeyd olunanlar ƏƏSMN-in ilk və yəqin ki, son qaranlıq işi deyil. Məsələn, uzun illərdir ki, nazirlik milyonlarla, hətta on milyonlarla manat büdcə vəsaitini “elektron xidmət” adı altında eyni şirkətə ötürür. Söhbət "AİSTGROUP" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Bu şirkətin işinin keyfiyyət səviyyəsini sözügedən nazirliyin elektron sisteminin ən çox şikayət edilən və tez-tez çökən sistem olması özündə göstərir. Əvəzində, hər il milyonlarla manat vəsait həmin bu “elektron xidmət” müqabilində sözügedən şirkətin hesabına köçürülür. Hansı ki, mütəxəssislər belə xidmətin real dəyərinin tenderlərdə göstəriləndən dəfələrlə az olduğunu, burada aşkar korrupsiyaya, şişirtmələrə yol verildiyini bildirirlər. Yeri gəlmişkən, bu şirkətin də "Ekvita" Consulting MMC kimi nazirlikdə yüksək post tutmuş şəxslərdən birinə aid olduğuna dair məlumatlar var...

Bütün bunları qeyd etməkdə məqsədimiz üzdə yeni görkəmə malik ƏƏSMN-in mahiyyət etibarilə əvvəlkilərin – Əli Nağıyevin, Füzuli Ələkbərovun, Səlim Müslümovun rəhbərlik etdiyi nazirlikdən demək olar ki, heç nə ilə fərqlənmədiyini göstərməkdir. Dəyişən nazirin və onun ətrafındakıların adları, təvəllüdləri və bir də geydikləri kostyumlar, qalstuklar, ayaqqabılar, sürdükləri maşınlar və digər “atributlar”dır. Dövlətə, dövlət malına, kasıb-kusuba, əlilə, pensiyaçıya münasibət isə olduğu kimi qalır – saymazlıq, süründürməçilik, yekəxanalıq, keyfiyyətsiz xidmət və s.

Burada bir məqamı da qeyd etməmək olmur. Nə işdirsə, “köhnələrin” başına gələnlər qətiyyən “Avropa təhsilli”, “ütülü”, “saçı jeleli” bəzi yeni kadrlara dərs olmur. Hansı ki, sabiq nazir Səlim Müslümovdan Prezidentin sabiq köməkçisi Əli Həsənova qədər, çoxlarının yaşadığı aqibəti yeni nazirlər yaxşı görürlər. Ancaq bəziləri bundan dərs götürməyə o qədər də həvəsli görünmürlər. Sanki baş verənlər onların iradəsindən kənarda cərəyan edir. Təkcə Vüqar Səfərlinin məhkəməsində Əli Həsənovun qohum-əqrabasının, tanışlarının, yaxınlarının adına şirkət açıb, pul mənimsədiyinin necə üzü çıxdığını və həmin şəxslərin Həsənova qarşı ifadə verərkən necə bülbül kimi ötdüyünü göstərmək kifayətdir. Sanki “yenilər” anlamaq istəmirlər ki, belə şeyləri çox gizlətmək olmur, ayaqları büdrəyən kimi, hər şey üzə çıxarılıb, bir-bir başlarına vurulacaq. Axı, bunu anlamaq üçün “Avropa təhsilinə”, “ingilis dilinə” və s. ehtiyac yoxdur...

Ümumiyyətlə, burada söhbət heç peşəkarlıqdan, savaddan və s. də getmir. Bəlkə də bu qurumda çalışanlar, ən başda durandan sıravi işçisinə qədər, müasir idarəçilik təfəkkürlü menecerlər, savadlı, işgüzar, peşəkar və s. kadrlar ola bilərlər (hansı ki, bunun əksini sübut edən xeyli fakt var-C.M.). Ən pisi budur ki, belə qurumlarda vəzifə alan yeni, gənc kadrların əksəriyyəti Avropa təhsilli, ingilis dilli, müasir dünyagörüşlü hesab olunsalar da, mahiyyət, təfəkkür, nəhayət, vicdan etibarilə əvvəlkilərdən fərqlənmirlər. Bu isə o deməkdir ki, əliəyri, vicdan sarıdan əlil, şikəst olan kadrların idarə etdiyi bir qurum pensiyaçıya, əlilə sahib çıxa, onlara qarşı ədalətli, təmənnasız ola bilməz!

“AzPolitika.info”

Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir