kanal1

Planetimizin "ağ ciyəri" adlanan meşələr soyqırıma məruz qalır - Yenə də Namik Xıdırov məsələsi...

Tarix:20-10-2021, 18:21
Baxış Sayı:141

Planetimizin "ağ ciyəri" adlanan meşələr soyqırıma məruz qalır - Yenə də Namik Xıdırov məsələsi...

Respublikamızın ərazisində olan meşələr ən qiymətli meşələridir.

Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.
Bu gün meşələrimiz Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov şəxsi gəlir mənbəyinə çevrilib.
Namik müəllim Xidmət rəisi olandan sonra Respublikamızın meşələrinin "qara günləri" başladı və bu proses gün gündən artmaqda davam edir. Niyə görə Namik müəllimin açıq-aşkar gördüyü bu cinayətlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı orqanlar göz yumur. San ki, bu cinayətləri görməməzliyə vururlar.
ixtisasca " Maliyyə və kredit" fakultəsini bitirən Namik müəllim meşə sahəsində naşı bir kadrdır.

Ölkəmizdə kifayət qədər meşəçi və savadlı kadrlar qala-qala, bu şəxs hardan Meşələrin Xidməti rəisi vəzifəsinə gətirildi.
Elə bil, bu insan qəsdən qoyublar bu vəzifəyə ki, meşələri məhv etdirin soyqırıma məruz qoysun.

Cənab Xıdırovun törətdiyi əməllər saymaqla bitmir :
- Meşələrin İnkişafı Xidmətindən meşəçi kadrları uzaqlaşdırıb yerlərinə qeyri-peşəkarları gətirmək;

-Dövlət meşə fondu torpaqların qeyri-qanuni icarəyə vermək. Bir neçə ay öncə Həftonı meşəsində olan olaylar bunun bariz nümunəsidir.
Əvvəl çalışdı bu cinayətin üstünü ört-basdır etsin. Amma bu alınmadı ;

-Meşələrin kütləvi qırılması. Oduncaq adıyla qırma sahələrin sənədləşdirirlər, işlik material kimi isə sexlərə satırlar. Görəsən bu gün ki, gün Respublikamızda olan mebel sexlərinə materiallar haradan daşınır?!
Əvvələr meşələrimizdə qırma sahələrində kəsilən ağaclar vətəndaşlara qış yanacağı kimi verilirdi, indi isə əksinə olub, qırma sahələrində olan ağaclar işlik material kimi hər m³ yerindəcə 350 manata satılır, yerdə qalan qalan xol-budaq (işlik material yararsız olan) isə vətəndaşlara oduncaq kimi satılır.
Məgər sanitar qırma sahələrində sağlam ağaclarmı kəsilir?.
Görün vəziyyət neçə olub ki, Şəki və digər Region meşələrində işlik materiallar at sürülştməsi ilə givə qoşularaq daşınır.
Ən çox kəsilən ağaclar adları "Qırmızı Kitaba" düşmüş ağaclardır;

- Namik Xıdırovdan öncə hər il Regional Meşə Mərkəzlərinə dəftərxana ləvazimatları verilirdi. Bəs 2021-ci ildə niyə verilməyib hələ?
Halbuki, hər il buna dövlət büdcəsindən vəsait ayrılıb. O vəsait hara gedib, kimin cibinə?;

-Namik Xıdırov öz qohum-əqrəbasın Regional Meşə Təsərrüfatı Mərkəzi və Ekologiya İdarəlırinə rəhbər vəzifələrə yerləşdirilməsi. Hansı ki, demək olar ki, onlar meşə və Ekologiya sahəsindən yad ixtisaslı kadrlardır;
- Namik Xıdırovun işlədiyi dövürdə zəbtlər daha da intensiv hal alıb nəyin ki, ondan əvvəlkilərin dövründə.
Dövlət meşə fondu torpaqlarında qeyri-qanuni tikililərin salınması.
Meşələr qırılaraq yerində tikililər salınır. Peykdən çəkilmiş görüntülər bunun bariz nümunəsidir.
Namik müəllim meşələrimizi öz şəxsi maraqlarına çevirərək bizim gələcəyimizi məhv edir.

Məgər meşələr olmasa həyat olarmı?

Namik Xıdırov kimi məmurlar görəsən niyə Ölkə Başçısının siyasətinin əleyhinə gedir və Onun məmurlar haqda dediyi sözlərdən bir nəticə çıxartmır?!.
Bu insan görəsən kimə belə arxayındır? //azinfo.tv//

“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO

Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi