kanal1

İşçiləri Rəşad Əhmədovu məhkəməyə verdi - 115 minlik iddia

Tarix:7-10-2021, 19:04
Baxış Sayı:37

İşçiləri Rəşad Əhmədovu məhkəməyə verdi - 115 minlik iddia

İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov məhkəməyə verilib.
Bakupost.az xəbər verir ki, büronun bir neçə əməkdaşı əmək haqlarının verilməməsi, əmək müqaviləsində nəzərdə tutulmayan işlərə cəlb edilmələri və maddi-mənəvi zərər dəyməsi iddiaları ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.
İddiaçılardan biri - Mənsur Qəmbərov saytımıza açıqlamasında İcbari Sığorta Bürosunun Ümumi Şöbəsində çalışdığını bildirib. Rəşad Əhmədov onu nəzarətində olan başqa işlərə də cəlb edib, müqabilində əlavə maaş verəcəyini desə də, bunu etməyib:
“Bildiyimiz kimi, 2020-ci ildə “Standart İnsurance”sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib. İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov eyni zamanda ləğvetmə prosesini həyata keçirən komissiyanın sədri təyin edilib.

Bəllidir ki, bu prosesə vəsait ayrılıb. Rəşad Əhmədov isə bu vəsaiti tam şəkildə özü mənimsəyərək, ləğvetmə prosesindəki işləri İcbari Sığorta Bürosunun əməkdaşlarına gördürür. Bu əməkdaşlardan biri də mənəm. Ləğvetmə komissiyasına sədr təyin edildikdən sonra məni və bir neçə iş yoldaşımı çağırıb bildirdi ki, siz İcbari Sığorta Bürosundakı işinizlə yanaşı “Standart İnsurance” sığorta şirkətinin ləğv edilməsi ilə məşğul olacaqsınız. Buna görə bizə əlavə maaş veriləcəyini dedi. Amma sonra bu, baş vermədi. Hər dəfə dedi ki, növbəti ay hamısı ödəniləcək. Amma bizi aldatdı. Haqqımızı tələb etdikdə isə hədələdi, təhqir etdi”.
İndi qurumun əməkdaşları haqlarının bərpası üçün məhkəməyə müraciət ediblər. İşə Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun sədrliyi ilə baxılacaq.
Məhkəməyə müraciət edən şəxslərin ikisinin tələb etdiyi məbləğ məlumdur. Onlar verilməyən 15400 manat əmək haqlarını, dəymiş mənəvi zərərə görə isə 100 min manat tələb edirlər. ​​​​

Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Azərbaycanlı zabit Rusiya müharibəsində həlak oldu
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
Rusiya təyyarələri bu ölkənin hava məkanını pozmaqda şübhəli bilinir
4-cü kurs tələbəsi qəzada öldü
4-cü kurs tələbəsi qəzada öldü
Növbəti əsir mübadiləsi baş tutdu
Növbəti əsir mübadiləsi baş tutdu
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir