kanal1

"Status yoxdur və hər kəs bu məsələni unutmalıdır" - Prezident

Tarix:2-10-2021, 12:36
Baxış Sayı:43

"Status yoxdur və hər kəs bu məsələni unutmalıdır" - Prezident

“Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik”.

Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir: “Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.

Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Valideynlərin şikayətçi olduğu Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Varlı ölkənin kasıb əhalisinin naziri -xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
KİV: Vaşinqton Rusiyaya qarşı zərbələrin nüvə eskalasiyası riskini artırmadığını hesab edir
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO