kanal1

Qarabağ Qazisi NAZİRƏ SƏSLƏNDİ - “Nə vaxta kimi ata-anam məni qucağında gəzdirəcək?”

Tarix:2-10-2021, 12:20
Baxış Sayı:41

Qarabağ Qazisi NAZİRƏ SƏSLƏNDİ - “Nə vaxta kimi ata-anam məni qucağında gəzdirəcək?”

“Mən müddətdən artıq həqiqi hərbi xidmətçi idim, 5 ay idi xidmət edirdim ki, müharibə başladı. Sentyabrın 30-da Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır yaralandım. Bu istiqamətdə hücuma keçərkən 3 ədəd artilleriya ilə bizi vurdular. Neçə saat morqda, 1 həftə komada qaldım. 12 əməliyyat keçirdim, 35 narkoz aldım. Hal-hazırda bədənimin müxtəlif yerlərində 140 qəlpəylə yaşayıram. Buna yaşamaq demək olarsa. Yaşayan ölüyəm”.

Bunu Moderator.az-a açıqlamasında 2-ci vətən müharibəsi qazisi Gündüz Musayev bildirib. Qazimiz diqqətdən kənarda qaldığını və səhhətinin gündən-günə pisləşdiyini bildirib.
Qarabağ Qazisi NAZİRƏ SƏSLƏNDİ - “Nə vaxta kimi ata-anam məni qucağında gəzdirəcək?”
Qarabağ Qazisi NAZİRƏ SƏSLƏNDİ - “Nə vaxta kimi ata-anam məni qucağında gəzdirəcək?”

“Dizlərimdən aşağını hiss etmirəm, sol ayağım dizdən aşağı iflicdir, sağ ayaqda da 3 faiz sinir oyadıblar. Uzun müddət mənə masaj, tok lazımdır. Bağırsağımın 3/1 faizini kəsiblər. Bu vaxta qədər heç kim gəlib yardım göstərməyib, kömək etməkləri bir yana, heç gəlib maraqlanmayıblar da. Bir az dava-qırğınla "Yaşat" fondu müalicəmə köməklik edib. Bərdə rayonu, Dəmiryol Vağzalında yaşayıram, nə İcra hakimiyyətindən, nə də ki, səlahiyyətli qurumlardan bir insan gəlib soruşmayıb ki, nə problemin var? Evə pul gətirən yeganə şəxs mən idim, indi mən də canımla əlləşirəm. Maddi imkanım olmadığından müalicəmi davam etdirə bilmirəm, gündən-günə də vəziyyətim pisləşir. Atam da, anam da nitq qüsurludur, nə danışır, nə də eşidirlər. Nə vaxta qədər nitq qüsurlu ata-anam məni qucağında gəzdirəcək?! Çox istərdim ki, yaşadığım evin şəraitini yaxşılaşdırıb, müalicəmin davam etdirilməsinə köməklik göstərsinlər, ən əsası isə məni elektron idarə olunan əlil arabası ilə təmin etsinlər. Mənim qardaşım da vətən müharibəsində iştirak edib, Kəlbəcər, Murovdağı istiqamətində döyüşüb. Ağrılarım çoxdur, dözülməz dərəcədədir. Çox heyf ki, şəhid olmadım, belə yaşamaq mənə əzab verir. Mən heç müharibədən sağ qayıdacağımı düşünmürdüm, düşmənin üzərinə gedirdim”, - deyə qazimiz bildirib.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR