kanal1

Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!

Tarix:Bu gün, 15:52
Baxış Sayı:0



201 saylı məktəbdən şikayətlərin ardı-arası kəsilmir. Amma heç bir tədbir görülmür və direktor Afaq Əliyeva haqqında heç bir ölçü götürülmür.

Tehsilmedia.az bildirir ki, bu gün son zəng günündə də qan qaraçılığ etməyi bacaran Afaq Əliyeva özündən bir "qayda" uydurub. Təsəvvür edin ki, siyahı yazdırıb, məktəbin qarşısına iki polis qoydurub və kimi istəyirsə, onları məktəbə buraxıb. Hansı ki, məktəbin öz müəllimlərini belə hansı gün olmasından asılı olmayaraq dövlətdə iş günü olduğundan məktəbə buraxmayıb. Müəllimlərdən və valideynlərdən bəziləri məktəbə heç bir halda buraxılmamış və məktəbin darvazası kilitli saxlanılmışdır.

Bu məktəb dövlətindir, Afaq Əliyevanın şəxsi iqamətgahı, nə də villası deyil. Özbaşına istədiyi kimi hərəkət edə bilməz. Bu müəllimlər və valideynin xoş gününü izləməyə gələn əllərində çiçəklərlə çöldə qalan valideynlər nə vaxtadək Afaq Əliyevanın hərəkətləriniin qurbanı olmalıdır?

Məktəbin darvazasına qoyulmuş 2 polis hansı hüquqla bu qanunsuzluğu etdiyini bilmirmi? Müəllimləri məktəbə buraxmamaq, məktəbi kilitləmək nə deməkdir?

Bu necə hegemonluqdur? Mafiyadır, nədir?

Qeyd edək ki, müəllim və valideynlər aidiyyatı qurumlara şikayət etməyə çalışsa da, Nazirlik iş günündə olmadığından portal üzərindən şikayət edə bilmişdirlər.

Hətta maraqlıdır polis belə qanunsuzluğa riayət edir. Bu axı necə ola bilər?! Çox gülünc və biabrçı haldır. Dəfələrlər şikayət olunduğu halda heç bir addım atılmamışdır.

Tehsilmedia.az

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirildi
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
“AzToyuq” MMC-nin vergi borcu yaranıb
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Milli Qurtuluş Günü – Xilasa aparan yolun adı
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?