kanal1

Nürəngiz Bəşirovanın bacısı oğlu İŞİD üzvü imiş…- Azərbaycanda axtarışdadır – ŞOK İDDİA

Tarix:30-09-2021, 08:15
Baxış Sayı:37

Nürəngiz Bəşirovanın bacısı oğlu İŞİD üzvü imiş…- Azərbaycanda axtarışdadır – ŞOK İDDİA

Son vaxtlar ölkə mediasında Beyləqan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Nürəngiz Bəşirovanın rəvac verdiyi bir sıra qanunsuzluqlardan, qol qoyduğu saxtakarlıqlardan, korrupsiya cinayətlərindən, hətta əndamının yanmasına qədər bəhs edən çeşidli informasiyalar yayılmaqdadır. Məhz N. Bəşirovanın qol qoyduğu qanunsuzluqları ortaya çıxaran, onu ifşa edən KİV-dən biri də “RealMedia.az” saytı olmuşdur. Ki, buna görə də N. Bəşirova saytımızın baş redaktorunu susdurmaq üçün ona qarşı məkirli planlar hazırlayaraq həbs etdirmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxıb. Onsuz da gec tez bu plan onun öz başına çartlayacaq, buna əminəm. Əslində, biz Nürəngiz Bəşirova kimdir, nəçidir, kimin nəyidir, hansı dinə məzhəbə qulluq edir onun çox yaxşı bilirik. Hətta onun Beyləqan rayon mərkəzi xəstəxanasına direktor kürsüsünü necə və kimlərin köməyi ilə zəbt etdiyini də çox yaxşı bilirik. Sadəcə olaraq hələ ki, susmağa qərar vermişik. Bir də ki, susmağımızın bir səbəbi də, o kişiyə olan sayğımızdır. Ancaq bu da o demək deyil ki, biz elə həmişə susacağıq.Yox! Hər şeyin zamanı var, biz də o zamanın çatmasını gözləyirik. Zamanı çatanda açacağıq sandığı, tökəcəyik pambığı. Nürəngiz Bəşirova elə zənn etməsin ki, biz heç nə görmürük, heç nə də bilmirik. Əslində biz hər şeyi çox yaxşı görürük. Hətta burnunun ucuna qədər… təmiz və aydın görə bilirik. Hətta əlində işlətdiyi telefonun “Whatcapp”ına qədər…
RealMedia.az xəbər verir ki, bu günlərdə Nürəngiz Bəşirovanın bacısı oğlunun harda və hansı silahlı terrorçu qruplaşmaların üzvü olması barədə saytımıza olduqca ilginc və sensasion məlumat daxil olub. Həmin məlumata görə, təşkilati-hüquqi forması publik hüquqi şəxs olan Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Nürəngiz Bəşirovanın bacısı oğlu (iddialara görə Zeynalov Bəhruz Amil oğlu) Suriyada silahlı terrorçu İŞİD sıralarında döyüşdüyü, hazırda Azərbaycanda axtarışda olduğu və axırıncı dəfə sorağının Əfqanıstandan gəldiyi bildirilir. Doğrudur, bəlkə də bir çoxlarınız deyəcəksiniz ki, bacıoğlunun xalaya nə dəxili. Buna görə xala məsuliyyət daşımır ki. Əslində bu məsələdə bir çox şübhəli məqamlar var ki, onların araşdırılması bir başa ölkənin xüsusi xidmət orqanları əməkdaşlarının səlahiyyətinə aid olan məsələdir. Heç onu yazmaqda düzgün deyil. Şəxsən mənim üçün qəribə olan məsələnin başqa tərəfidir: Necə olur ki, N. Bəşirova direktor kimi yüksək vəzifəyə götürülərkən, ondan xaricdə olan, məhkumluğu olan qohumunun olub-olmadığı soruşulmayıb? Və indi, bu məsələ ictimailəşəndən sonra N.Bəşirovanın vəzifəyə götürüləndə bu faktı gizlətməsinə necə qiymət veriləcək? Eyni suallar onun polisdə işləyən oğlu üçün də keçərlidir.
Nürəngiz Bəşirovanın bacısı oğlu İŞİD üzvü imiş…- Azərbaycanda axtarışdadır – ŞOK İDDİA

Xatırladaq ki, N.Bəşirova Beyləqan mərkəzi xəstəxanasına direktor təyin olunandan sonra xəstəxanada “gestapo” rejimi yaradılıb. Beyləqan xəstəxanası hənbsxana qanunları ilə idarə olunur. Sanki unudulub ki, bura əhaliyə xidmət göstərən tibb müəssisəsidir. Nə, Cəzaçəkmə Müəssisəsi deyil, nə də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müssisəsi. Bura əhaliyə xidmət göstərən bir səhiyyə müəssisəsidir. İstənilən vaxt insanların bu müəssisəyə girib çıxmaq imkanları olmalıdır. Xəstəxananın qapısı sutkanın bütün saatlarında insanların üzünə açıq olmalıdır. Bir an olsun belə qapılar bağlanmamalı, yarıcan insanlar hansısa peysəriyoxun və ağzıəyri gədələrin təhqir və təyziqlərinə məruz qalmamalıdırlar.Yoxsa ki, Nürəngiz Bəşirova kimi danışanda ağzı əyilən qoluzorlu, peysəriyoğun aralıq uşaqlarından ibarət xüsusi mühafizə dəstəsi yaradıb xəstəhal insanları döydürüb, söydürməməlidirlər. Maraqlıdır ki, Nürəngiz Bəşirova 35 mühafizəçini özünə axrana götürməklə kimdən, nədən bu qədər qorunur? Özü ilə beyləqanlılar arasında yaratdığı “Ohanyan səddi” də nəyə xidmət edir? Adamın işə gələndə darvazadan daxil olub maşından düşməsi ilə şou başlayır: Peysəriyoğunların biri maşının qapısını açır, digəri baş həkimin çantasını alır, üçüncüsü önə düşüb kiminsə ona yaxınlaşması ehtimalını qarşılayır. Və mütləq xanım direktor yerli-yersiz mühafizəçilərdən birini acılayır. O dəqiqə xəstəxananın kollektivinə hay düşür ki, bəs direktor işə acıqlı gəlib…
RealMedia.az
Ramin Məhəmmədoğlu

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR