kanal1

AMEA-da daha bir ŞÜBHƏLİ TENDER... - Dövlət müdaxilə etməlidir...

Tarix:23-09-2021, 18:24
Baxış Sayı:45

AMEA-da daha bir ŞÜBHƏLİ TENDER... - Dövlət müdaxilə etməlidir...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi “Ruslan Təmir-Tikinti” MMC olub.
Açıqlanan rəsmi məlumatda göstərilir ki, “Ruslan Təmir-Tikinti” MMC AMEA-nın sifarişi əsasında Abşeron rayonunun Saray qəsəbəsində inşa edilən “Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksində çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün su və kanalizasiya xətlərinin çəkilməsi işlərini həyata keçirəcək.
MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün AMEA-dan 498 min 356 manat 72 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Ruslan Təmir-Tikinti” MMC 19.10.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev, ev 81, m. 83-84” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Çərkəz oğludur.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, yarım milyon manatlıq tenderin qalibi olan “Ruslan Təmir-Tikinti” MMC-nin dövlət büdcəsinə 32 min 719 manat 34 qəpik vergi borcunun olduğu bildirilir.
Vergi borcu olan şirkətlərin tender müsabiqələrində iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Maraqlıdır ki, təxminən bir il əvvəl “Ruslan Təmir-Tikinti” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi olub və o zaman da dövlət büdcəsinə vergi borcu olub. Bir il əvvəl məsələ ilə bağlı yeniavaz.com-a (https://www.yeniavaz.com/az/news/141677/eldar-ezizovun-icra-bascisi-olan-kurekeni-binalarin-dam-ortuyunu-90-min-manata-deyisecek) açıqlama verən “Ruslan Təmir-Tikinti” MMC –nin nümayəndəsi bildirib ki, tender müsabiqəsində iştirak edən zaman MMC-nin dövlət büdcəsi qarşısında vergi ödənişlərilə bağlı öhdəliyi olmayıb. Həmin tarixdən sonra yaranan vergi borcu isə fəaliyyətlə bağlı olub və qısa müddət ərzində ödəniləcək.
Qeyd edək ki, “Ruslan Təmir-Tikinti” MMC AMEA-nın keçirdiyi tender müsabiqəsinə sənədlərini 9-20 avqust 2021-ci il tarixlərində təqdim edib.
Onu da qeyd edək ki, tender müsabiqəsini keçirən AMEA İşlər İdarəsinə AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əli Səftər oğlu Əliyevin rəhbərlik etdiyi bildirilir.
Xatırladaq ki, AMEA İşlər İdarəsinə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. Lakin, ötən il Elton Məmmədov qalmaqallı şəkildə tutduğu vəzifədən istefa verib. Bu istefadan sonra Elton Məmmədovun müavini olan Fikrət Əliyev onun vəzifələrini icra etməyə başlayıb.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR