kanal1

Çovdarovun kirvəsi Hafiz Əzimzadə necə milyoner olub? - İDDİA

Tarix:23-09-2021, 16:08
Baxış Sayı:77

Çovdarovun kirvəsi Hafiz Əzimzadə necə milyoner olub? - İDDİA

Ağdam Mexaniki Suvarma idarəsində böyük korrupsiyalar baş verir. Bu barədə idarənin bir neçə işçisinin saytımıza ünvanladığı müraciətində deyilir ki, idarə rəisi Hafiz Əzimzadə hər üç aydan bir idarənin bütün işçilərinin adına mükafat yazır. Lakin həmin mükafatları işçilər ala bilmir. Çünki Hafiz Əzimov sahə rəislərinin əli ilə yazılan mükafatları işçilərdə zorla alır və sahib olduğu milyonlara milyon qatır.

Bundan başqa qeyd olunur ki, artezian quyularının təmir işlərinin xərclərlərini də artezian quyusuna nəzarət edən işçilər çəkirlər. Təmir xərclərini isə Hafiz Əzimov mənimsəyir.

Narazı işçilər əlavə olaraq bildirirlər ki, idarənin yüzlərlə işçisi var ki, işə çıxmırlar. Onların əmək haqqı kartları isə Hafiz Əzimzadədəir. Hər ayın sonunda həmin kartlardakı pulları Əzimzadənin sürücüsü çıxararaq ona verir.

Qeyd edək ki, adı “MTN işi”ndə də keçən, Akif Çovdarovun kirvəsi olan Hafiz Əzimzadə Ağdamın ən varlı adamlarından biri hesab olunur. Onun Türkiyədə, Bakıda və ölkəmizin müxtəlif rayonlarında, Şamaxıda, Bərdədə və digər rayonlarda dəyəri milyonlarla manat olan biznes sahləri və mülkləri var. Bu biznes sahələri içində Avtovağzal kompleksi, Heyvandarlıq kompleksi, “Qarabağ” hazırlıq kursu, maşın təmiri sexləri, restoran və şadlıq sarayları var. Həmçinin Əzimzadənin Bakıda çoxsaylı evlərə sahib olduğu da qeyd olunur. //azmediainfo.org//

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR