kanal1

Kəmaləddin Heydərovun `GİLAN` TƏHVİL-TƏSLİMİ... - Daha üç şirkət...

Tarix:22-09-2021, 14:31
Baxış Sayı:135

Kəmaləddin Heydərovun `GİLAN` TƏHVİL-TƏSLİMİ... - Daha üç şirkət...

Daha üç şirkət “Gilan” brendindən imtina edərək, adını, hüquqi ünvanını və rəhbərini dəyişiblər. Bu dəfə də, sentyabrın əvvəlində olduğu kimi bir şəxsin rəhbərliyi ilə qeydiyyat ünvanlarını eyni ünvana dəyişiblər. Bununla da 2021-ci ilin əvvəlindən “Gilan” brendi ilə fəaliyyət göstərən 8 şirkət adını başqa ada dəyişməli olub.

ictimailider.AZ Banker.az-a istinadən xəbər verir ki, “Gilan Agricultural Internatıonal” MMC adını “ABA Aİ” MMC-yə, “Gilan Hospitality-Bakı” MMC adını “ABA HB” MMC-yə və “GİLAN LOGİSTİCS GROUP” MMC isə adını “ABA Logistics Group” MMC-yə dəyişmişlər.

Sentyabrın əvvəlindən isə “Gilan Cotton and Grain” MMC “ABA CG” MMC adı ilə, “Gilan Trading” MMC şirkəti “ABA Trading-123” MMC və “Gilan Vineyards” MMC isə “ABA VY” MMC ilə bazarda çıxış edirlər.

Hazırkı və 20 gün öncəki adları çəkilən şirkətlər Bakı Şəhəri Xətai Rayonu, Babək pr., ev 8, məh. 1130/1133, m. 70 hüquqi ünvanında qeydiyyatdadırlar.

Şirkətlərin qanuni təmsilçisi isə Günel Qafarova Vilayət qızıdır.

Bu 2021-ci ilin əvvəlində “Gilan Constraction” MMC adını dəyişməklə “Core Constraction” MMC-yə və ən əsası isə may ayında Gilan Dəri Zavodu (“Gilan Dəri” MMC) rebrendinq edərək “A.C.E Dəri” MMC-yə çevrilmişdilər.

Qeyd edək ki, adıçəkilənlərin bir neçəsi “Gilan Holding” MMC ilə eyni – Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh.466 ünvanına qeydiyyata alınmışdılar.

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!