kanal1

"Bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!" - Azərbaycanlı alimdən HƏYƏCAN TƏBİLİ...

Tarix:18-09-2021, 12:23
Baxış Sayı:24

"Bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!" - Azərbaycanlı alimdən HƏYƏCAN TƏBİLİ...

Bu gün 17.09.2021-ci ildə AMEA-nın Dilçilik İnstitutunda baş vermiş növbəti qanunsuzluğa, özbaşınalığın rəsmiləşdirilmısinə, qurumun elmi-tədqiqat mehvərindən tamamilə çıxarılmasına, intriqaların, alverin, fırıldaq və kələklərin, saxtakarlığın körüklənməsinə, idarəçiliyin karikaturaya çevrilməsinə, heç bir idarəçilik səriştəsi, qabiliyyəti olmayan, prinsipi prinsipsizlik olan, bütün qanunsuzluqların reallaşdırılmasında bir neçə iri akademik tərəfindən öz məqsədləri üçün alət kimi istifadə edilən, vəzifə məsuliyyətinin nə olduğunu dərk edə bilməyən birisinin Azərbaycan dilçiliyinə rəhbər təyin olunmasına, ölkə elmini bərbad günə qoymaqda maraqlı olan həmin akademik şəbəkənin onu zorla vəzifədə saxlamasına rəsmi münasibət bildirilməsi və ictimaiyyətə arayış verilməsi AMEA rəhbərliyindən, şəxsən AMEA prezidenti Ramiz Mehdiyevdən tələb olunmalıdır!

Qanunsuzluğu himayə edən akademik şəbəkənin dövlətdən maliyyələşib harınlaması, mədhiyyələr oxuyub dövlətin maraqlarına zidd işlər çevirməsi heç bir idarəçilik ədəbinə, alim adına və əxlaqına yaraşan iş deyil. Hesab edirəm ki, Prezident Administrasiyası tərəfindən AMEA-dakı qanunsuzluqların qarşısının alınması üçün ciddi müdaxilə edilməsi zərurətdir, çünki bu qurumda dövlətimiz üçün zərərli, neqativ proseslər gedir!

AMEA Nəsimi adına Dilçilik İnstitutunun filologiya elmləri doktoru İDRİS ABBASOV //Hurriyyet.org//

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!