kanal1

"Mənə heç kim heç nə edə bilməz..." - Göyçayda ÖZBAŞINALIQ

Tarix:17-09-2021, 12:11
Baxış Sayı:26

"Mənə heç kim heç nə edə bilməz..." - Göyçayda ÖZBAŞINALIQ

Göyçay rayon Ulaşlı-Şıxlı kənd sakini İsmayılova Kəmalə Ağasəf qızı tərəfindən ölkə rəhbərliyinə müraciət göndərilib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident! Yazaraq təkrar bildirmək istəyirəm ki,Göyçay rayon Ulaşlı-Şıxlı kənd sakini İsmayılov Rəvan Elnur oğlu 40 il müddət mərhum atamın istifadəsində olmuş,onun vəfatından sonra isə bizim ailənin istifadəsində olan 0.85 ha Bələdiyyə balansı torpaq sahəsini mənimsəməkdədir.O,ilk öncə sadəcə mal-qara otarmaq adı ilə həmin torpaq sahəsinə girmək üçün bizdən icazə almışdı.Lakin sonradan Bələdiyyə sədri Zamiq İbrahimovla əlbir olaraq,həmin 0.85 ha torpaq sahəmizi əlimizdən almağa başladılar.
Rəvan Elnur oğlu İsmayılov mübahisə zamanı dəfələrlə bizə bildirib ki,mən sizin torpağınızın mənim olması üçün icra başçısı Mehdi Səlimzadəyə 5000(beş min) manat rüşvət vermişəm.
Cənab Prezident! Çoxsaylı şikayətlərimizə baxmayaraq,məsələ hələ də öz həllini tapmayıb.Rəvan İsmayılov bizə deyir ki, "gedin kimə şikayət edirsiniz edin,mənim arxamda dayanan güclər var,mənə heç kim heç nə edə bilməz".
Sizdən və aidiyyatı qrumlardan çox xahiş edirəm,vəzifədə işləməsindən sui-istifadə edən Rəvan Elnur oğlu İsmayılov öz tutduğu vəzifəsindən azad edilsin!Həmçinin Sizdən xahiş edirəm,bizim haqqımız olan 0.85 ha torpaq sahəsinin bizim ailəyə geri qaytarılması üçün köməklik göstərəsiniz!"

AZİNFO.TV

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanda Milli Qurtuluş Günüdür
Azərbaycanda Milli Qurtuluş Günüdür
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!