kanal1

Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? - NARAZILIQ!

Tarix:16-09-2021, 16:45
Baxış Sayı:20

Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? - NARAZILIQ!


"Azərbaycan Respublikasında FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRƏ yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 28.12.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü ( “Vəkilliyin vəzifələri”) maddəsində VƏKİLLİYİN ƏSAS VƏZİFƏLƏRİNİN FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN HÜQUQLARININ , AZADLIQLARININ və QANUNLA QORUNAN MƏNAFELƏRİNİN MÜDAFİƏ EDİLMƏSİNDƏN və onlara YÜKSƏK KEYFİYYƏTLİ HÜQUQİ YARDIMIN GÖSTƏRİLMƏSİNDƏN İBARƏT OLMASI doğrulanıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Di gəl, Vəkillər Kollegiyasının (VK) üzvləri vəkillik fəaliyyətlərində (VK-nın üzvü olmayan şəxslərin vəkillik fəaliyyəti ilə məşğul ola bilməzliyini sözügedən qanunun 9-cu maddəsi doğrulayır) qanunvericiliyin tələblərinə qarşı çıxaraq dövlət orqanlarının vəkili rolunda çıxış edirlər. Düzdür, belə fəaliyyət, adətən, formal xarakter daşıyır, hüquqi (“de-jure” ) yox, faktiki ( “de-fakto” ) yöndən özünü göstərir, amma dövlət orqanlarının nümayəndələri kimi vəkillik edənləri də məhkəmə aktları doğrulayır. Hüquq – mühafizə orqanlarının vəkili rolunda çıxış etmək isə lap absurddur və sözügedən orqanlara başucalığı gətirə bilməz. Nədən, birincisi, adətən, bu orqanlar ittiham tərəfini təmsil edirlər, ikincisi, bəyəm hüquq (-mühafizə) orqanları hüquqlarını qorumağa öz içindən bir hüquqçu tapa bilmir ki, dövlət vəsaitini hansısa vəkilə xərcləyir? Təsəvvür edin, VK-nın intizam komissiyasının üzvü , fərdi vəkil Əlirza Həbilov uyğun müqaviləsi olmadan (ola da bilməz axı!) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) vəkili kimi məhkəmələrdə işə çıxır və indiyədək bir məhkəmə (hakimi) “tapılmayıb” , bu açıq-aşkar qanun pozuntusuna, hüquqa tüpürməyə son qoysun ! ? VK rəhbərliyindən heç danışmağa dəyməz, vəkilin vəzifəsini icra etdiyindən “qürur duyurlar” . Hüququnun təminatı üçün məhkəməyə müraciət edən fiziki şəxs (əlil, qazi, pensiyaçı və s.) müqavilənin olmamasını bildirəndə isə Əlirza Həbilov DİN-in həm nümayəndəsi, həm də vəkili olduğunu bildirir! (?) Belə çıxır, Əlirza Həbilov həm dövlət qulluğundadır, həm də vəkillik fəaliyyəti ilə məşğul olur? Axı, qanun belə ikili fəaliyyəti qadağan edir! VK -nın (və təbii ki, üzvlərinin) masaüstü kitabı olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin lV hissəsində yazılıb : “DÖVLƏT QULLUĞUNDA ÇALIŞAN ŞƏXSLƏR YALNIZ TUTDUQLARI VƏZİFƏDƏN AZAD EDİLDİKDƏN ... SONRA VƏKİLLİK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLA BİLƏRLƏR. VƏKİL DÖVLƏT QULLUĞUNA QƏBUL EDİLDİKDƏ ONUN VƏKİLLİK FƏALİYYƏTİ DÖVLƏT QULLUĞUNDAN AZAD OLUNANADƏK DAYANDIRILIR .” Məhkəmələrin Əlirza Həbilovun DİN-in adından qeyri-prosessual hərəkətlər etməsinə göz yummalarını savadsızlıqdan və qeyri -prosessuallıqdan başqa nə ilə izah etmək olar? Nə İnzibati Prosessual Məcəllədə (İPM) , nə də Mülki Prosessual Məcəllədə vəkilin dövlət orqanının nümayəndəsi kimi prosesdə iştirakı nəzərdə tutulur. İPM-in 26.2 maddəsinin diqqətə çatdırılmasına “əşhədü” ehtiyac var : “ DÖVLƏTİN, BƏLƏDİYYƏLƏRİN ...adından PROSESSUAL HƏRƏKƏTLƏRİ onların qanunlarla, digər hüquqi aktlarla... müəyyən edilmiş SƏLAHİYYƏTLİ ŞƏXSLƏRİ , yaxud DÖVLƏT VƏ BƏLƏDİYYƏ ORQANLARI ... tərəfindən xüsusi SƏLAHİYYƏT VERİLMİŞ ƏSAS İŞ YERİ HƏMİN DÖVLƏT VƏ BƏLƏDİYYƏ ORQANLARI. .OLAN İŞÇİLƏRİ həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbəri tərəfindən səlahiyyət verilmiş İŞÇİSİ ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. “ Əlirza Həbilova səlahiyyətlər verilməməsi bir yana, DİN-in işçisi də deyil axı! Bu vəkil , hələ üstəlik, Bakı Apellyasiya Məhkəməsinə (sədrlik edən Xəyalə Cəmilova) özünə 3-cü şəxs ƏƏSMN adından səlahiyyət verilməyən Munir Həsənovu nümayəndə (!) də aparıb . Və məhkəmə heyəti müqaviləsi olmayanları dinləyib, ancaq qarşı tərəfin danışmasına hədə - qorxu ilə qadağa qoyub! (?) Yeri gəlmişkən, 5 ay keçib , Bakı Apellyasiya Məhkəməsi (h.Xəyalə Cəmilova) hələ də qərardadını verməyib. Belə məhkəmə -vəkil (nümayəndə) qeyri-prosessual ilişgisi ilə sıradan vətəndaş nəyə nail ola bilər?

İndi söz bağlantılı hüquq orqanlarınındır , Əlirza Həbilovun DİN-in nümayəndəsi və vəkili adı ilə fiziki şəxslərin hüquqlarına qadağa qoymasına hüquqi qiymət verilməsinin təmin edilməsi bu orqanların üzərinə düşür. VK-nın intizam komissiyasının üzvü olan VK -nın vəzifəli şəxsi “bir əllə iki qarpız tutursa”, görün, sədri və digərləri neçəsini tutar?!"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərinb mövqelərini işıqlandırmağa hazırıq...

Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...