kanal1

"Azəsun"un tərkibində olan "Azərbaycan Sənaye Sığorta" dəymiş ziyanı ödəmir - NARAZILIQ!

Tarix:15-09-2021, 18:11
Baxış Sayı:17

"Azəsun"un tərkibində olan "Azərbaycan Sənaye Sığorta" dəymiş ziyanı ödəmir - NARAZILIQ!

"Azəsun"un tərkibində olan "Azərbaycan Sənaye Sığorta" ASC-dən şikayət var.

Belə ki, şikayətçi Məhərrəmov Elnur Elxan oğlu Sonxeber.az-a bildirib ki, 26 gün əvvəl qəza keçirməyinə baxmayaraq, "Azərbaycan Sənaye Sığorta" ona dəyən ziyanın dəyərindən iki dəfə az məbləğ təklif edir:

"Avqustun 20-də "5 mərtəbə" deyilən yerdə qəza hadisəsi baş verib. Qarşı tərəfin icbari siğortası avtomobilimə baxış keçirib. Üstündən 1 həftə keçdikdən sonra, servislərində yoxlanışın nəticəsi olaraq, dəymiş ziyandan 2 dəfə az məbləğ təklif edilib, mən isə qəbul etməmişəm. Ekspert 1 günə qiymətləndirmə aparıb. "Forma 4" arayışının gəlmədiyini deyib ləngidirdilər. Bir müddət əvvəl isə "İşçimiz mənzuniyyətdədir, sizin işə baxan adam yoxdur" deyirdilər. İndi də qəzadan 26 gün, "1 həftəyə ödəniş edəcəyik" deməklərindən isə 10 gün keçib. Yalnız bu gün yenidən özüm zəng etdikdən sonra akta qol çəkməli olduğumu deyib, ofislərinə dəvət ediblər. Qəzanın 1 ayı tamam olacaq, pul isə hələ 3 günə veririləcək".

Sonxeber.az

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir