kanal1

  Mübariz Əhmədzadənin fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

Tarix:15-09-2021, 11:33
Baxış Sayı:144

  Mübariz Əhmədzadənin fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır. Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Mübariz Əhmədzadə, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

Respublika Prezidenti cənab İlham Əliyevin son günlər rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əsasını hər zaman vətəndaş amili təşkil edir. Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, onun söylədiyi “Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Zaqatalada da öz real əksini tapmaqdadır.
Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə vətəndaşları qəbul edib onların problemləri ilə tanış olub və həllində öz vəzifə borcunu yerinə yetirir. Keçirilən iclasda icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr, bildirilən iradlar bir daha onu göstərdi ki, rayonda vətəndaş amili bundan sonra da həmişə ön planda olacaq.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə keçirilən tədbirlərdə məqsəd və əhəmiyyət kəsb edən görüləcək işlərin vətəndaşların xidmətində dayanmasını özümüzün vacib amillərdən biri olduğunu göstərir. Ölkə başçısının son günlər apardığı kadr dəyişikliyi, yeni təyin olunan dövlət məmurlarını qəbul etməsi, həmin görüşlər zaman verdiyi tapşırıq və tövsiyələr barədə fikirlərini çatdıran rayon rəhbəri həmin görüşlər zamanı deyilən sözlərin bu gün hər bir dövlət məmuruna aid olduğunu bildirib. İcra başçısı həmin görüşlər zamanı ölkə rəhbərinin vətəndaşlara qarşı necə davranılmalı olduğunu, həmişə onlara həssas münasibət göstərilməsini, ölkəmizdə şəffaflığın tam təmin olunması üçün rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olduğunu dəfələrlə səsləndirdiyini qeyd edib.
İcra başçısı yuxarıda adları qeyd olunan hər üç sahənin ən həssas və vətəndaşların qayğılarının tam əhatə olunduğu sahələr olduğunu bildirib. Odur ki, hər bir vətəndaşın haqlı-haqsız olub-olmamasından asılı olmayaraq onların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.
Mübariz müəllim qeyd edib ki, əgər bu gün ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amilinin dayandığını söyləyiriksə, biz məmurlar da hər zaman çalışmalıyıq ki, həmin siyasəti olduğu kimi yerinə yetirək və həmin amilin bütün respublikada ön planda olduğunu öz əməli işlərimizlə göstərək.

İcra başçısı Zaqatala rayonunda şəhid ailələri və qarabağ müharibəsi ailələrinə də öz diqqət və qayğısını əsirgəmir. Vaxt aşırı onların ailələrinə baş çəkərək problmlərini yaxından tanış olur və həllində əlindən gələni əsirgəmir. Bu da o deməkdir ki, Mübariz müəllim ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının tapşırıqlarını layiqincə yerinə yetirir və ona bu yönümdə dəstək olduğunu öz əməllərində təzahür edir.
Mübariz müəllim vətəndaş-dövlət məmuru münasibətinin ölkə başçısının istəyinə, verdiyi göstərişlərə uyğun şəkildə qurulması üçün tək idarə, müəssisə, təşkilat rəhbərlərinin deyil, bütün kollektivlərin səfərbər olmalarını üzrə tapşırıq və tövsiyələrini həmişə öz çıxışlarında qeyd edir və onların həyata keçməsində əlindən gələnini əsirgəmir.

Bizdə redaksiya olaraq Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə işlərində uğurlar arzu edirik.

Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR